Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD Borçalıya ayaq açdı: azərbaycanlılar terror təşkilatına kütləvi axın edir - ŞOK
Tarix: 01-09-2015 | Saat: 15:10
Bölmə:M / Karusel / Dünya / Araşdırma | çapa göndər

İŞİD Borçalıya ayaq açdı: azərbaycanlılar terror təşkilatına kütləvi axın edir - ŞOK



“Son zamanlar İŞİD xalqın dini biliklərinin az olmasından istifadə edərək, Borçalıda geniş şəkildə təşkilatlanıb”.

Araşdırmada qeyd olunur ki, buna baxmayaraq, Gürcüstan hökuməti azərbaycanlıların İslami biliklərini artıran dini təşkilatların fəaliyyətinə də imkan vermir: “Gürcüstan hökumətinin bu mövqeyi yerli xalqın radikallaşmasına gətirib çıxarır və nəticədə onlar İŞİD-ə qoşulurlar. Əksinə hökumətin xalqın inandığı dini birliklərlə əməkdaşlığı İŞİD-in bölgədəki təsirini azalda bilər”.

Məqalədə bildirilir ki, bölgənin əsas əhalisi olan azərbaycanlıların yaşlı təbəqəsi radikal dini təşkilatlara meyl etmir: “Bunun əvəzində gənc nəslin İŞİD-ə meylliyi çoxalır. Əvvəllər, xüsusilə Saakaşvili dönəmində bölgədə müxtəlif formalarda İslam dininin yayılmasına maneələr törədilirdi. Bunun nəticəsi olaraq dini biliklər azalıb və İŞİD də bundan istifadə edə bilir”.

Araşdırmada Borçalı bölgəsinin müxtəlif yerlərində İŞİD-çilərə aid məscidlərin açıldığı qeyd olunur.

“Konkret olaraq, Borçalının Qaracalar kəndində İŞİD-çilərə aid məscidlər açılmağa başlanıb və kəndə İŞİD tərəfdarları artıb. Beləliklə, İŞİD Borçalı üçün ciddi təhlükəyə çevrilib. Hökumət buna qarşı sərt mübarizə aparır. Lakin bölgədəki azərbaycanlılara qarşı təzyiqlərin mövcud olması əhalini radikallaşdırır və bu, aparılan mübarizənin effektini azaldır”, - deyə məqalədə vurğulanır.publika


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___