Rusiyalılar ABŞ-ı mənəvi düşkünlüyə uğramış ölkə hesab edirlər
Tarix: 31-08-2015 | Saat: 16:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
ABŞ-da düşmənçilik səviyyəsi kəskin artıb.
ÜİFTM (Ümumrusiya İctimai Fikrin Tədqiqi Mərkəzi) tərəfindən aparılan sorğuda iştirak edən rusiyalıların əksəriyyəti Amerika hakimiyyətinə neqativ yanaşırlar.
Xəbəraz.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu 25-26 iyul tarixlərində aparılan sorğunun nəticələri sübut edir.
Sorğu iştirakçıları arasında ABŞ-a dost kimi yanaşanlar cəmi 3% olub.
Ümumilikdə sosioloqlar qeyd edirlər ki, ABŞ-da düşmənçilik səviyyəsi 90-cı illər ilə müqayisədə kəskin artıb. O zaman Vaşinqtona qarşı neqativ münasibəti yalnız 2 faiz rusiyalı nümayiş etdirmişdi.
Sorğuda iştirak edənlərin 15%-i Amerikanı cinayətkarlığın yüksək səviyyədə olduğu, mənəvi düşkünlüyə uğramış ölkə kimi xarakterizə etdilər. Elə həmin sayda iştirakçı amerikalılar arasında “səmimiyyətin” olmadığını hesab edir. 9% isə ölkədə irqi diskriminasiyanın mövcud olduğundan əmindir.
Rusiyalıların 12%-i ABŞ-ı yüksək həyat səviyyəsi olan ölkə hesab edir, 11%-i isə zənginlər və kasıblar arasında fərqi göstəriblər. Sorğuda iştirak edənlərin 7%-i ABŞ-da elmin və texnikanın inkişafını, 5%-isə ABŞ-da azad cəmiyyətin olduğunu qeyd ediblər.
Sorğuda ümumilikdə Rusiyanın 46 regionundan 130 yaşayış məntəqəsindən 1600 nəfər iştirak edib. Statistik təhrif 3,5%-dən çox deyil.
Xəbəri paylaş
5068 dəfə oxunub.
Digər xəbərlər

19-11-2021, 12:58
Sabah 15 dərəcə isti olacaq - PROQNOZ
29-05-2016, 23:16
Xızıdakı qəzada yaralananların kimliyi məlum oldu - Yeniləndi
18-06-2017, 14:44
Natavan Həbibi özündən 6 yaş kiçik reperlə nişanlandı – FOTO/VİDEO
18-05-2016, 15:11
Bakıya 800 kq at əti gətirmək istəyən şəxslər tutuldu
22-05-2016, 13:37
PKK-ya zərbə: 30 terrorçu öldürüldü
16-01-2018, 15:42
Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında – REYTİNQ
18-01-2016, 14:56
Xaricdən avtomobil gətirənlər mütləq bu videoya baxmalıdır! (VİDEO)