“Qarabağ” komandasının rəqibi “Tottenhem” ötən mövsüm Avroliqada necə çıxış edib?
Tarix: 30-08-2015 | Saat: 01:12
Bölmə:M / Karusel / İdman | çapa göndər
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Ağdamın “Qarabağ” komandasının rəqibi olan “Tottenhem” bu mərhələdə beş dəfə çıxış edib.
Xəbəraz.az məlumat verir ki, İngiltərə klubu 2014/15-ci il mövsümündə Türkiyənin “Beşiktaş”, Yunanıstanın “Asteras” və Serbiyanın “Partizan” kollektivləri ilə birlikdə UEFA Avropa Liqası yarışlarında “C” qrupunda yer almışdı. Qrupun ilk oyununda “Partizan”, ikinci turunda isə “Beşiktaş”la heç-heçə edən “Tottenhem” “Asteras”a hər iki görüşdə və “Partizan”a cavab qarşılaşmasında qalib gəlib. Türkiyə səfərində isə məğlub olaraq qrup yarışlarını 11 xalla ikinci pillədə başa vurub. Növbəti mərhələdə ümumi hesabda İtaliyanın “Fiorentina” komandasına 3:1 hesabı ilə uduzaraq” Avroliqada mübarizəni dayandırıb.
London klubu 2015/16-cı il mövsümündə Premyer Liqaya yaxşı başlamayıb. İlk üç oyunda cəmi 2 xal toplayan klub turnir cədvəlində 16-cı pillədə qərarlaşır. İlk oyunda “Mançester United”a 1:0 hesabı ilə məğlub olan “Tottenhem” bunun ardınca “Stoke Siti” ilə oyunda 2:2, “Lester Siti” ilə oyunda isə 1:1 hesablı heç-heçə ilə kifayətlənməli olub.
Argentinalı Maurisio Poçettinonun baş məşqçi olduğu “Tottenhem”in heyətində “Monako”, “Arsenal”, “Mançester City” və “Real Madrid” kimi klubların şərəfini qorumuş toqolu hücumçu Emmanuel Adebayor və İngiltərə milli komandasının hücumçusu Aaron Lennon kimi təcrübəli futbolçular yer alır. İngilis klubu “Bayer” (Leverkuzen, Almaniya) və Koreya milli komandasının oyunçusu Son Xin-Mini təxminən 22 milyon avro müqabilində transfer edib.
Avqustun 29-da Premyer Liqanın dördüncü turu çərçivəsində öz meydanında “Everton”la qarşılaşan “Tottenhem” rəqibin qapısına yol tapa bilməyib və üçüncü heç-heçəsini edib.Azertac
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

22-03-2021, 00:56
Paşinyanın yalanı ifşa olundu
9-02-2019, 20:18
Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı - Xəstəxanadan açıqlama
24-10-2017, 14:23
Dmitri Nazarova ağır cəza
11-08-2018, 13:40
"Yeməyi "truboçka" ilə yeyirdim..." - Cəmilə dodağına gel vurdurduğu üçün peşman oldu
14-03-2016, 10:16
Şəxsiyyət vəsiqəsini başqasına verməyin! (VİDEO)
27-11-2015, 12:46
Nardaranda həlak olan polisin kimliyi bilindi
14-05-2017, 20:29
Rafael Ağayev qucağında oğlu, əlində də qızıl medalı - FOTO
31-07-2017, 23:19
Canlı yayımda bu da oldu - Video
7-02-2019, 15:22
AzTV-də daha bir TƏYİNAT