Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov: Qardaş türk dövlətinin yanındayıq – FOTO
Tarix: 28-08-2015 | Saat: 20:43
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Elmar Məmmədyarov: Qardaş türk dövlətinin yanındayıq –  FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov avqustun 28-də Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Xəbəraz.az Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki,, görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Terrorizmin bütün forma və təzahürləri, o cümlədən Türkiyədə son günlərdə törədilən terror aktları qəti şəkildə pislənib. Terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olunub.

Regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağına münasibətdə məmnunluq ifadə olunub.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi diqqətə çatdırılıb.

Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi deyilib.

Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğu vurğulanıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulanıb. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıldı.




Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___