Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Anamı öpürәm, tәbrik edirәm”- Qurbanovdan qələbə şərhi
Tarix: 28-08-2015 | Saat: 00:37
Bölmə:M / Karusel / İdman | çapa göndər

“Anamı öpürәm, tәbrik edirәm”- Qurbanovdan qələbə şərhi



Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ” İsveçrənin “Yanq Boyz” komandası ilə üz-üzə gəlib. Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrup mərhələsinə adlayıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qələbə münasibətilə hər kəsi təbrik edib:

“Azarkeşlәri vә rәhbәrliyi dә tәbrik edirәm. Uğurlu nәticә oldu. Hәr iki oyunda qәlәbә qazanmaq xoş idi. Rәqibә dә uğurlar arzu edirәm. Belә bir oyunda azlıqda qalmaq hamı üçün çәtin idi. Minumum vәzifәnin öhdәsindәn gәldik. Tәsnifat vә pley-off mәrhәlәlәrini birlikdә mini turnir adlandırmaq olar. Cәmi 1 mәğlubiyyәtimiz oldu. “Qәbәlә” dә çәtin sәfәrdәdir. Onlara da uğurlar arzulayıram. 1:0 udurlar vә inanıram ki, davamı olacaq".

Qurbanov oyundakı әvәzetmәlәrdәn dә danışıb:

“Yerli futbolçular milli komandanın düşәrgәsinә gedәcәk, legionerlәr isә istirahәtә daha çox vaxt olacaq. Ona görә dә legionerlәri meydanda saxladım. Әfran İsmayılov da milliyә gedәcәk. O, formasını tam bәrpa etmәyib. İnanıram ki, millidәn qayıdanda optimal formada olacaq”.

Baş mәşqçi transferlәrdәn danışıb:

“Bәzi transferlәr etmәyә çalışırıq. Hazırda danışıqlar gedir. İnanıram ki, alınacaq”.

Mütәxәssis “Ananız bir dәfә demişdi ki, belә oyunlar olanda hәyәcanlanıram. Bu qәlәbәdәn sonra onunla әlaqә saxlamısınızmı?” sualına belә cavab verib:

“Yox. Hәlә bundan sonra saxlayacam. Mәnim uğuruma әn çox sevinәn odur. Mәğlub olanda üzülür. Onu öpürәm, tәbrik edirәm”.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
31-12-2015, 10:02 Bayramlarınız mübarək!

bütün xəbərlər
____ Instagram ___