Azərbaycan tərəfə keçən erməni əsgərin anası danışdı
Tarix: 25-03-2015 | Saat: 17:13
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Sonuncu dəfə evə gələndə ovqatı təlx idi”.
Azərbaycan ordusuna təslim olan erməni əsgər Andranik Qriqoryanın validenyləri danışıb.
Xeberaz.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, Andranikin anası Azadlıq Radiosunun Ermənistan xidmətinə deyib ki, oğlunun hərbi xidmətdə problemləri vardı: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi. Niyə əhvalın xarabdır sualına isə cavab vermirdi. Hərbi hissənin komandanlığından xahiş etmişdi ki, onu başqa yerdə hərbi xidmətə keçirsinlər”.
Qriqoryan martın 22-də təslim olub. Onun əlində ağ bayraq Azərbaycan mövqelərinə yaxınlaşan videogörüntüləri yayılıb. Erməni tərəfi bu videonu qurama adlandırır.
Qriqoryan Azərbaycanın Xocavənd rayonunun (ermənilər ona Martuni deyir) Berdaşen kəndindəndir.
Kəndin icra nümayəndəsi mətbuata açıqlamasında Qriqoryanı təhqir edib:
“Kənddə uşaqdan böyüyə hamı o oğlanı söyür. Onu kəndin ən əclaf adamı sayırlar. Əgər o doğrudan da belə anormal hərəkət edibsə, erməni xalqını satıbsa, türklərin tərəfinə keçibsə, mən yalnız bir şey deyə bilərəm, onun ağlı yerində deyil”.
Amma kənd sakinlərinin çoxu Andraniki necə adam kimi tanıyırsınız sualına “yaxşı, normal” cavabları veriblər.
Azərbaycan tərəfi isə erməni əsgərin könüllü təslim olduğunu bildirir.
Müdafiə Nazirliyi əsgərin öz hərəkətini əsaslandıran videosunu da yayıb. Qriqoryan orada deyir: “Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram...
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb”.
Xəbəri paylaş
6498 dəfə oxunub.
Digər xəbərlər

7-05-2019, 15:51
Azərbaycanda daha bir şantaj işi - Bu dəfə qurban kişi olub
7-08-2021, 11:40
Bu tarixdən ƏƏSMN və DOST mərkəzlərinə yalnız peyvənd olunanlar müraciət edə biləcək
3-07-2017, 14:18
Bakıda seksual manyak tutuldu - Polislər insanların əlindən güclə aldılar - YENİLƏNİB - VİDEO - FOTO
15-11-2021, 13:05
Apteklərdə termometr YOXA ÇIXIB - SƏBƏB...
16-07-2015, 10:26
Angela Merkel eynicinsli nikahlara qarşı çıxdı
31-03-2017, 11:42
Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib - FOTO
14-11-2015, 16:56
Bakıda 30-dan çox sərxoş sürücü saxlanıldı - FOTO
24-09-2016, 10:33
“AZZA”dan oğurluq edildi - “Chivas Regal”
14-03-2021, 21:46
Tanınmış bloger Mehman Hüseynov saxlanıldı
3-08-2017, 10:04
"Facebook"dan yenilik