Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
​"Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsi üçün mübarizə aparacaq
Tarix: 27-08-2015 | Saat: 10:37
Bölmə:M / Karusel / İdman / Ekskluziv | çapa göndər

​"Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsi üçün mübarizə aparacaq
Bu gün Azərbaycanın "Qarabağ" və "Qəbələ" klubları Avropa Liqasının pley-off mərhələsində cavab görüşlərini keçirəcəklər. "Report"un məlumatına görə, "Qarabağ" Bakıda, "Qəbələ" isə Yunanıstanda qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq.

Xəbəraz.az xəbər verir ki, Ağdam təmsilçisi ilə İsveçrə "Yanq Boyz"u arasındakı görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşmaya saat 21:00-da start veriləcək. Azərbaycan təmsilçisi səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyindən cavab görüşünə üstün tərəf olaraq çıxacaq. Qurban Qurbanovun komandası "Yanq Boyz" səddini keçəcəyi təqdirdə tarixində 2-ci dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Avropa Liqasının pley-off mərhələsinə yüksəlməklə klub tarixində ilkə imza atan "Qəbələ" isə Yunanıstanda "Panatinaikos"un qonağı olacaq. "Qəbələ" Afina şəhərində keçiriləcək qarşılaşmadan ən azı qollu heç-heçə ilə ayrılarsa, Avroliqanın qrupuna qazanılan vəsiqəni bayram edə biləcək. Matçın əsas vaxtı ərzində qapılara qol vurulmasa, qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılacaq.

Avropa Liqası. Pley-off mərhələsi. Cavab görüşü

21:00. "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 1:0



23:00. "Panatinaikos” (Yunanıstan) – "Qəbələ” (Azərbaycan)

İlk oyun – 0:0


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___