Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qafqazinfo”nun rəhbəri Ramil Usubova müraciət etdi
Tarix: 25-08-2015 | Saat: 21:03
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Qafqazinfo”nun rəhbəri Ramil Usubova müraciət etdi



“Qafqazinfo” saytının rəhbəri Elbrus Ərud (Seyfullayev) “Qafqaznews” və bu qurumun rəhbəri Tağıyev Mahmud Rasim oğlunu məhkəməyə verib.

Bu barədə “Report”a “Qafqazinfo.az” xəbər saytı və saytın sahibi Elbrus Ərudun vəkili Adəm Məmmədov məlumat verib.

Nərimanov rayon Məhkəməsindən Elbrus Ərudla bağlı “Qafqaznews” xəbər agentliyi tərəfindən yayılan məlumatların təkzib olunmasının təmin edilməsi, həmçinin onun şərəf, ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi məqsədi ilə Mahmud Tağıyevdən 100 min manat tutulması istənilib.

“Qafqazinfo”nun rəhbəri Elbrus Ərud isə “Report”a açıqlamasında bu gün daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova teleqram vurduğunu da əlavə edib: “Qafqaznews-un mənim ünvanıma yazdığı təhqirləri də teleqrama əlavə etmişəm. Çünki o agentlik Mətbuat Şurasının xəbərdarlığından nəticə çıxarmadan məni təhqir etməkdə davam edir. Bunun qarşısının alınması üçün təcili olaraq Ramil Usubov və Zakir Qaralova müraciət etdim”.


Xəbəri paylaş

7778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___