Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki... - FOTO
Tarix: 25-08-2015 | Saat: 20:00
Bölmə:M / Karusel / İdman / Foto-fakt | çapa göndər

“Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki... - FOTO

Bilet satışına nəzarət gücləndirilib.

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İsveçrənin “Yanq Boyz” klubu arasında baş tutacaq cavab qarşılaşmasının biletlərinin satışına bu gündən etibarən start verilib.

Xəbəraz
“Qarabağ” futbol klubuna istinadən xəbər verir ki, bilet satışının ilk günü olmasına baxmayaraq, kassa önündə azarkeş növbəsi yaranıb.

Məlumatda deyilir ki, azarkeşlərin hər biri bilet satışından razıdır və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır. “Qarabağ” rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçib. Ağdam klubu tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib. Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

“Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar.

“Kassadan bilet almaqla “işbaz”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız” - müraciətdə bildirilir.






Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___