Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vasif Talıbov 700 bal toplayan tələbəyə pul verdi - FOTO
Tarix: 25-08-2015 | Saat: 15:23
Bölmə:M / Karusel / Təhsil / Foto-fakt | çapa göndər

Vasif Talıbov 700 bal toplayan tələbəyə pul verdi - FOTO
“Onlar dövlət idarəçiliyində məsul vəzifələrə irəli çəkilirlər”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ali məktəblərə imtahanlardan yüksək bal toplayan tələbələrlə görüşüb.

Xeberaz.az musavat.com-a istinadən xəbər verir ki, görüşdə Vasif Talıbov Muxtar Respublikanın ümumtəhsil məktəblərini bitirərək, tələbə adını qazanan məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib.

Ali Məclisin sədri bildirib ki, dövlət təhsil sahəsində qarşıda duran vəzifələri yerinə yetirmək üçün bütün tədbirləri görür:

“Ölkəmizdə müasir təhsil şəraiti vardır. Gənclərin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onlar dövlət idarəçiliyində məsul vəzifələrə irəli çəkilirlər. Göstərilən etimad və qayğı isə öz növbəsində qarşıya yeni vəzifələr qoyur. Cəmiyyətdə layiqli yer tutmaq, vətənə və millətə faydalı olmaq üçün bundan sonra da yaxşı təhsil almalı, öz üzərinizdə daim işləməli, mütaliə etməli, bilik və dünyagörüşünüzü artırmalısınız”.

Qəbul imtahanlarında 700 bal toplayan Əli Allahverdiyev və 500-dən yuxarı bal toplayaraq tələbə adını qazananlara “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı və pul mükafatı təqdim olunub.

Xatırladaq ki, Əli Allahverdiyev 6 il Şərur rayon Zeyvə kənd tam orta məktəbində oxuyub. 4 il Şərur Türk Liseyində təhsil alıb. Türk liseyləri bağlandıqdan sonra Əli sonuncu - 11-ci sinifi kənd məktəbində davam etdirib.

Ailədə 3 qardaşdırlar. Böyük qardaşı evlidir, amma işsizdir. Ortancıl qardaşı isə Naxçıvan Texniki Kollecində oxuyur. Atası Naxçıvan Dövlət Dəmiryol İdarəsində maşinist işləyir. Anası isə evdar qadındır.

Əli liseydə təhsil aldığı müddətdə bir sıra beynəlxalq fənn olimpiyadalarında da uğurlu çıxış edib. O, respublika üzrə riyaziyyat olimpiadasında gümüş medal, Nigeriyada fənn olimpiadasında qızıl medal, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl və 2 bürünc medal qazanıb.



Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___