Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda avronun bahalaşma səbəbləri açıqlandı – RƏY
Tarix: 25-08-2015 | Saat: 13:19
Bölmə:M / Karusel / İqtisadiyyat / Reportaj | çapa göndər

Azərbaycanda avronun bahalaşma səbəbləri açıqlandı – RƏY
Dünən bir avro almaq üçün 1,17 dollar ödəmək lazım gəlirdi.

Dünya bazarında avronun məzənnəsi dollara nisbətdə son iki həftədə 7% dəyər qazanıb. Avronun bahalaşması onun dünya bazarında bahalaşması ilə bağlıdır.

Xeberaz.az məlumatına görə , Oxu.Az-a bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov dünyada avronun bahalaşma səbəblərindən danışarkən qeyd edib.

“Biz avronun məzənnəsinin yüksələcəyi ilə bağlı proqnoz vermişdik. Porqnoz onunla bağlı idi ki, Çin milli valyutası olan yuanın məzənnəsinin aşağı düşməsi fonunda ABŞ məzənnə siyasətinə müəyyən korreksiyalar etməli idi. Beləliklə, dolların yumşaldılması fonunda avro bahalaşır.

Dolların yumşaldılmasına başqa bir səbəb isə, ABŞ iqtisadiyyatında geriləmənin baş verməsi ilə bağlıdır. ABŞ birjaları iş həftəsinin ilk gününü neqativ başa vurdu” - deyə, V.Bayramov bildirib.

“Azərbaycanda avronun bahalaşmasına gəldikdə isə, avro birvalyuta səbətinə daxil olduğu üçün dolların yumşaldılması Azərbaycanda manat-avro münasibətlərinə də öz təsirini göstərib”, deyə, ekspert qeyd edib.

V.Bayramov ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabrda uçot dərəcəsini dəyişib-dəyişdirməyəcəyi ilə bağlı qərarının dollar-avro münasibətlərində həlledici rol oynayacağını bildirib.

“FED uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edəcəksə, bu halda avronun məzənnəsi bahalaşmağa başlayacaq”.

Qeyd edək ki, dünən bir avro almaq üçün 1,17 dollar ödəmək lazım gəlirdi. Onu da əlavə edək ki, hazırda Azərbaycanda bir avro 1, 2078 manatdır. Bir öncəki gün isə bu rəqəm 1,1994 manat olub. Bir gün içində avronun məzənnəsi 0,7% artıb.


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___