Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mingəçevirdə növbəti həbslər: maskalılar kəndə girdi - FOTOLAR
Tarix: 24-08-2015 | Saat: 20:24
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Mingəçevirdə növbəti həbslər: maskalılar kəndə girdi - FOTOLAR

Mingəçevirdə polislə toqquşmalarda iştirak edənlərin həbsinə başlanılıb. Bu barədə musavat.com-un Mingəçevirə ezam olunmuş reportyoruna sakinlər məlumat veriblər.

Həbslər əsasən Mingəçevirin kənd hissəsində həyata keçirilib. Sakinlərin məlumatına görə, gecə saatlarında kəndə üzü maskalı şəxslər zirehli maşınlarla daxil olublar. Saxlanılanların aksiya fəalları olduğu bildirilir.

Xeberaz.az Dünən saxlanılanların hazırda Mingəçevir Şəhər Polis İdarəsində olduqları bildirilir. Polis idarəsindən sayta saxlanılanların vəziyyəti və sayı barədə məlumat veriləcəyi deyilib.

Hazırda saxlanılanların yaxınları polis idarəsinin qarşısında gözləyirlər. Saxlanılanların yaxınlarına bildirilib ki, izahat alındıqdan sonra onlar sərbəst buraxılacaqlar.

Saxlanılan şəxslərdən bir nəfər bir müddət öncə polis idarəsindən çıxarılaraq, naməlum istiqamətə aparılıb.

Həmin şəxsin Mingəçevir Şəhər Prokurorluğuna aparıldığı ehtimal olunur.








Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___