Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran Azərbaycanla əməkdaşlığı genişləndirir
Tarix: 23-08-2015 | Saat: 14:27
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İran Azərbaycanla əməkdaşlığı genişləndirir

İran informasiya-kommunikasiya texnologiyaları (İKT), həmçinin peyk rabitəsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Xəbəraz -ın məlumatına görə ,Bunu Trend-ə müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

Nazir bildirib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiayalar naziri Əli Abbasovla yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparılıb: “Danışıqlar zamanı İKT və peyk rabitəsi sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub, həmçinin İran kanallarının Azərbaycan peyki vasitəsilə yayımlanması ilə bağlı ilkin danışıqlar aparılıb”.

M.Vaezi qeyd edib ki, bu sahədə Azərbaycan və İran şirkətləri də danışıqlar aparır: “Ə.Abbasov İrana səfəri zamanı İran şirkətləri ilə tanış oldu. Mən də Azərbaycana səfərim zamanı Azərbaycan şirkətləri ilə tanış oldum. Bundan başqa, iki həftə əvvəl Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov Tehrana səfəri zamanı bir sıra İran şirkətləri ilə tanış oldu. Düşünürəm ki, İKT sahəsində əməkdaşlıq etmək üçün ölkələrimiz arasında böyük potensial var”.

O qeyd edib ki, Azərbaycan və İran bərpa oluna bilən enerji məsələsini də müzakirə edib. Bu məsələ ilə bağlı İranın Energetika Nazirliyi və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən sənədlər paketi hazırlanıb: "Sənədlər yaxın gələcəkdə imzalanacaq. Bu, alternativ və bərpa olunan enerji sahəsində İran və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə imkan yaradacaq”.

M.Vaezi həmçinin bildirib ki, İran Azərbaycanla birgə avtomobil və dərman preparatlarının istehsalında da maraqlıdır. O qeyd edib ki, iki ölkənin özəl sektorlarının əməkdaşlığı üçün əlverişli şərait var.


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___