İrandan İrəvana sərt etiraz
Tarix: 23-08-2015 | Saat: 00:40
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Türkiyə ilə İran sərhədlərində böyük təhlükə mənbəyi hesab olunan Ermənistanın Metsamor Nüvə Stansiyası yenidən gündəmə gəlib. AES-in Araz çayını çirkləndirməsi bölgədə xəstəliklərin yayılmasına səbəb olur.
Xeberaz.az Axar.az-a istinad xəbər verir ki, xüsusilə də bu xəstəliklər Ərdəbil vilayətində geniş yayılıb. İran rəsmiləri Araz çayının çirklənməsi nəticəsində insanların kütləvi şəkildə xərçəng xəstəliyinə yoluxduğunu bildirir.
İran İnqilabının lideri Ayətullah Xomeyninin ailəsinə məxsus “Cemaran” internet saytında nəşr olunan xəbərdə Metsamor stansiyası “dünyanın ən təhlükəli nüvə stansiyası və bir saatlıq bomba" adlandırılıb. Xəbərdə bu nüvə stansiyasından çıxan radioaktiv tullantıların Araz çayına tökülməsi böyük narahatlıqla ifadə edilib.
Ərdəbil vilayətinin Ətraf Mühitin Mühafizəsi direktoru Seyyid Rza Musəvi mövzuyla bağlı Cemaran-a verdiyi açıqlamasında məsələnin Xarici İşlər Nazirliyi tərəfindən təqib edilməsi lazım olduğunu deyib.
Qeyd edək ki, İran mediasında da mövzu son dövrdə tez-tez gündəmə gəlir, Ermənistan sərt tənqid olunur. Dini lider Ayətullah Xameneiyə bağlı “Keyhan” qəzeti 2014-cü ilin noyabrında Arazın çirklənməsini gündəmə gətirərək Ermənistanı məsuliyyətsizlikdə ittiham etmişdi. Məqalədə Ermənistanın maliyyə çatışmazlığı ucbatından nüvə stansiyasında köhnə qurğulardan istifadə edildiyi qeyd olunmuşdu.
Ötən ay Ərdəbildən olan millət vəkili Kamaləddin Pirmuəzzi İRNA-ya verdiyi açıqlamasında çox ciddi təhlükənin yarandığını, təcili tədbirlərin görülməsinin vacib olduğunu bildirmişdi.
Türkiyə də narahatdır
Türkiyə ilə sərhəddən cəmi 16 kilometr məsafədə yerləşən Metsamor AES Ankaranı narahat edən əsas faktordur. Türkiyə Atom Enerjisi Təşkilatı Sovet İttifaqı dövründə inşa edilən köhnə stansiyanın fəaliyyətinin dayandırılması üçün Beynəlxalq Atom Enerjisi Təşkilatına sorğu ilə müraciət etmişdi.
Türkiyə Atom Enerjisi Təşkilatı tərəfindən 2011-ci ilin əvvəlində verilən açıqlamada Metsamorda nüvə sızması olduğu və stansiyanın Qars və İqdır şəhərləri üçün təhlükə meydana gətirdiyi bildirilmişdi.
Türkiyə və İranla bərabər Avropa Birliyi də zaman-zaman stansiyanın saçdığı təhlükəni gündəmə gətirir. AB bu çərçivədə Ermənistana yeni bir enerji qaynağı təmin edə bilməsi üçün 100 milyon avroluq kömək təklif etmişdi.
Lakin İrəvan hakimiyyəti yeni bir stansiya inşa etmək üçün 800 milyon avro tələb olunduğunu bildirmişdi.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

26-08-2018, 20:29
Türkiyədə müğənninin villası yandı
27-07-2015, 18:20
Zabratda döyülən qadın hamilə imiş
10-05-2016, 08:50
Londonun eks-meri Putinin əlaltısıdır - Qalmaqal
11-06-2022, 11:19
Tibb universitetində kəsr-imtahan biznesi…- Rektor Gəray Gəraybəyli ATU-nu şəxsi şirkəti kimi işlədir…
23-10-2017, 09:47
İlkin Misgərli Talıb Taleyə qarşı - Maşın əldən getdi - VİDEO
4-10-2016, 15:29
Prezident İlham Əliyev və xanımı Rəşid Behbudovun heykəlinin açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO
28-08-2020, 14:01
XİN-dən Alaverdyanla bağlı iddialara - Münasibət