Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çinin şərqində Şandun əyalətində kimyəvi zavodların birində baş vermiş partlayış nəticəsində...
Tarix: 23-08-2015 | Saat: 00:03
Bölmə:M / Karusel / Dünya / Foto-fakt | çapa göndər

Çinin şərqində Şandun əyalətində kimyəvi zavodların birində baş vermiş partlayış nəticəsində...
Səkkiz nəfər xəsarət aldı.

Çinin şərqində Şandun əyalətində kimyəvi zavodların birində baş vermiş partlayış nəticəsində səkkiz nəfər xəsarət alıb. Bu barədə “Jenmin jibao” qəzeti məlumat yayıb.

Xeberaz.az “RİA Novosti”yə istinadla xəbər verir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur, yanğın nəzarətə götürülüb.

Bununla belə, “Tsinxuaşibao” qəzetinin məlumatına əsasən, hadisə yerinə 20 yanğınsöndürən briqada göndərilib, 150 yanğınsöndürən yanğını söndürməyə çalışır.


Qeyd olunur ki, partlayış ərazisindən təqribən 1 kilometr aralıqda yaşayış tikililəri var.

Xəsarət alanlar barədə məlumat yoxdur.

“Sina”nın məlumatına əsasən, partlayış saat 20:40-da baş verib. Partlayış dalğasından yaxınlıqda olan evlərin pəncərələri sınıb.

Hazırda yanğına nəyin səbəb olması barədə məlumat yoxdur.

Xatırladaq ki, Çinin Tyantsin şəhərində bu yaxınlarda tez alışan məhlullar anbarında bir neçə partlayış baş verib. Hazırda 114 nəfərin ölməsi və 698 nəfərin xəsarət aldığı bildirilir. Daha 70 nəfər isə itkin düşmüş hesab edilir.


Xəbəri paylaş

5328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___