Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərbaycan üçün dua edirəm”- Pakistan prezidenti
Tarix: 12-03-2015 | Saat: 09:12
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

“Azərbaycan üçün dua edirəm”- Pakistan prezidenti
Martın 11-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn mətbuata bəyanatlarla çıxış ediblər.



Xeberaz.az
xəbər verir ki, Məmnun Hüseyn Bakıda olmaqdan məmnun olduğunu bildirib:

“Biz mövcud mükəmməl ikitərəfli münasibətlərimizi müzakirə etdik və onların səviyyəsindən məmnunluğumuzu bildirdik. Səmimi əlaqələrimizin bundan sonra da davam etdirilməsi ilə bağlı tədbirlərə dair razılığa gəldik. Biz, həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlərlə bağlı çox faydalı və səmərəli fikir mübadiləsi apardıq”.

Onun sözlərinə görə, Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır: “Cənab Prezidentin qeyd etdiyi kimi, bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Bizim xalqlarımız bir-birinə dərin rəğbət və etibar bəsləyir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk. Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik.

Cənab Prezident, Sizin atanız və Azərbaycan xalqının ulu öndəri, mərhum Prezident Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfə və ölkələrimiz arasında əlaqələrin təşviqi baxımından baxışları Pakistan xalqını dərindən valeh etmişdi. Qardaşım Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin siyasəti dahi atasının baxışlarının həyata keçirilməsinin bariz nümunəsidir. Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub”.

Pakistan prezidenti qeyd edin ki, Azərbaycanın bir çox ölkələr üçün nümunə ola bilər: “Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik.

Xanımlar və cənablar, bu gün imzalanmış birgə bəyannamə və digər sənədlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı gücləndirəcək. Mən Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində Azərbaycanın səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tezliklə həll edilməsini dəstəkləyirik. Biz, həmçinin Pakistan-Hindistan münasibətlərinə dair fikir mübadiləsi apardıq. Mən Hindistan ilə mehriban qonşuluq münasibətlərinin yaradılmasında səylərimizi və bütün mübahisələrin, o cümlədən mühüm əhəmiyyət kəsb edən Cəmmu və Kəşmir məsələsinin sülh şəraitində həll edilməsinə sadiqliyimizi vurğuladım. Biz bu məsələdə Azərbaycanın dəstəyinə böyük dəyər veririk.

Mən, həmçinin qardaşım İlham Əliyevlə başladığımız Pakistan-Əfqanıstan əlaqələrinin yeni tarixi mərhələsi və siyasət, təhlükəsizlik, terrorizmlə mübarizə, ticarət və iqtisadiyyat məsələlərində çoxşaxəli dialoqun intensivləşdirilməsi ilə bağlı fikirlərimlə bölüşdüm. Biz BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı beynəlxalq forumlar çərçivəsində Azərbaycanla çox sıx işləyirik. Biz bu qənaətdəyik ki, islahat müfəssəl və konsensusa əsaslanmış olmalıdır. BMT-yə üzvlük yalnız dar milli maraqlarla məhdudlaşmamalıdır.

Bizim ikitərəfli əməkdaşlığımızın inkişafı ilə bağlı birgə səylərimiz, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacaq.

Mən qardaş Azərbaycanın inkişafı üçün dua edirəm. Yaşasın, Pakistan-Azərbaycan dostluğu. Yaşasın Pakistan-Azərbaycan qardaşlığı”.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
5-10-2016, 00:36 Avropa ulduzları Bakıda.

bütün xəbərlər
____ Instagram ___