Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MSK sədri: “Azərbaycanda internetin keyfiyyəti seçki prosesini rahat şəkildə onlayn izləməyə imkan verir”
Tarix: 21-08-2015 | Saat: 13:35
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

MSK sədri: “Azərbaycanda internetin keyfiyyəti seçki prosesini rahat şəkildə onlayn izləməyə imkan verir”

“Azərbaycanda keçiriləcək parlament seçkilərini hər kəs internet üzərindən izləyə bilər”.

Xeberaz.az İKT.lent.az-a istinad xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, Azərbaycanda internetin azad olması və hər kəs üçün əlçatımlılığı seçki prosesinin izlənməsində hamı üçün eyni şəraiti yaradır. O bildirib ki, ölkənin internet infrastrukturunun inkişafı seçki prosesinin bütün dünyaya yubanmadan, donmadan və qırılmalar olmadan göstərilməsinə imkan verir: “İnternet üzərindən dünyanın istənilən nöqtəsindən məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”.

M. Pənahovun sözlərinə görə, seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb: “Bu kameralarla qeydə alınanlar internet üzərinə ötürülür. Ölkədə internetin keyfiyyəti və sürəti imkan verir ki, hər kəs öz evində əyləşməklə seçki prosesini rahat şəkildə izləyə bilsin”.


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___