Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Facebook-dan Azercell-ə zərbə: 375 minlik səhifə bağlandı
Tarix: 21-08-2015 | Saat: 01:30
Bölmə:M / Karusel / İqtisadiyyat / Fotogalereya | çapa göndər

Facebook-dan Azercell-ə zərbə: 375 minlik səhifə bağlandı
Azərbaycanın ən böyük mobil operatorlarından olan “Azercell”in rəsmi “facebook” səhifəsi yoxa çıxıb.

Operatorun rəsmi səhifəsi artıq neçə gündür ki, sosial şəbəkədən silinib.

Səhifəyə daxil olunan zaman isə istifadəçilərə belə bir xəbərdarlıq göndərilir:

“Üzr istəyirik, hazırda səhifəyə daxil olmaq mümkün deyil. Ola bilsin ki, sizin daxil olduğunuz linkdə problem var və yaxud həmin səhifə mövcud deyil”

Səhifədə 375 715 bəyənmə var idi və 2 682 nəfər həmin səhifə haqqında danışırdı.

Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, səhifənin yoxa çıxmasına səbəb səhifənin saxta (fake) profillərindən ibarət olması olub.

Şirkətdən verilən məlumatda isə deyilir:

“İstifadəçilər Facebook fan səhifəsindən istifadə zamanı müvəqqəti çətinliklə qarşılaşa bilərlər. Tərəfimizdən müvafiq tədbirlər görülür və qısa müddət ərzində bütün istifadəçilərdə Facebook səhifəmizdən istifadə imkanı bərpa ediləcək”.

Qeyd edək ki, digər mobil operatorlardan “Bakcell”in “facebook”da 363 min, NAR Mobile-nin isə 275 min bəyənəni var. azxeber.com


Xəbəri paylaş

5418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___