Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentin qara siyahısı: İcra başçıları dəyişdirilir
Tarix: 20-08-2015 | Saat: 22:11
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezidentin qara siyahısı: İcra başçıları dəyişdirilir


Xeberaz.az xəbər verir ki, Gələn həftədən etimadı doğrultmayan icra hakimiyyəti başçılarının dəyişdirilməsinə start verilir. Birinci mərhələdə kadr dəyişiklikləri sentyabrın 1-ə qədər aparılacaq. Bu müddətə qədər artıq YAP-ın dəstəkləyəcəyi namizədlər siyahısı təsdiqlənməlidir. Kadr islahatının ikini dalğası isə seçkidən dərhal sonra olacaq.

Yada salaq ki, bir qədər öncə istiqlal.az mötəbər mənbəyə əsasən xəbər yaymışdı ki, rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək.

Məlumatda bildirilirdi ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir: “Siyasi rəhbərlik də məruzə əsasına icra başçılarını cəzalandırır, işdən çıxarır. Ancaq bu il seçki ili olduğundan monitorinq daha ətraflı aparılıb etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib. Seçkiyə qədər onların yeniləri ilə əvəzlənəcəyi gözlənilir”.

Mənbə bildirirdi ki, Quba və İsmayıllı hadisələrindən sonra rayonlardan gələn şikayətlərə diqqət xeyli artırılıb: “Nazirlərin rayonlarda qəbullar keçirməsi də narazılıqların yerində öyrənilməsinə xidmət edir. Nazirlərin rayonda keçirdikləri qəbulların nəticələri də monitorinqin yekununa əlavə edilib. Bütün bunlara rəğmən bəzi rayonlar üzrə şikayətlər kəsilmək bilmir. Ona görə də onların dəyişdirilməsi ilə bağlı siyasi qərar var. Eyni narazılıqları səngitmək üçün daxili işlər və prokurorluq orqanlarına xüsusi göstəriş verilib ki, şikayətləri operativ araşdırıb, vətəndaşlara rəsmi məlumat versinlər”.

Mənbə ən çox şikayət olunan rayonların da adını açıqlamışdı:

1. İmişli – icra hakimiyyətinin başçısı Vilyam Hacıyev

2. Şirvan – icra hakimiyyətinin başçısı Mərdan Camalov

3. Goranboy – icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev

4. Laçın – icra hakimiyyətinin başçısı Akif Səlimov

5. Biləsuvar – icra hakimiyyətinin başçısı Mahir Quliyev

6. Lənkəran – icra hakimiyyətinin başçısı Taleh Qaraşov

7. Masallı – icra hakimiyyətinin başçısı Rafil Hüseynov

8. Binəqədi – icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov

9. Oğuz – icra hakimiyyətinin başçısı Evyaz Qurbanov

10. Zaqatala – icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə

11. Ağstafa – icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev

12. Astara – icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev

13. Lerik – icra hakimiyyətinin başçısı Rövşən Bağırov

14. Cəlilabad – icra hakimiyyətinin başçısı Əziz Əzizov

Adı çəkilən rayonlar həm korrupsiyanın, dövlət vəsaitlərinin ifrat dərəcədə mənimsənildiyi, iş adamlarının incidildiyi bölgələrdir. Bu rayonları potensial “İsmayıllı” hesab etmək olar. Mənbə onları əvəzləyəcək şəxslər barədə də maraqlı məlumat verib: “Yeni icra başçıları ənənəvi olaraq oliqarxın nümayəndələri olmayacaq. Yenilər YAP fəalları arasından seçiləcək. Eyni zamanda bu il keçiriləcək parlament seçkisində YAP-ın namizədləri siyahısına düşməyəcək şəxslərin də bir qisminin icra başçısı təyin ediləcəyi gözlənilir”.

Mənbə bu siyahının gerçək, ancaq çox məhdud olduğunu bildirir: “Siyahı daha genişdir. İcra başçılarının əksəriyyəti etimadı doğrultmayıb. Ona görə də ciddi kadr islahatları gözlənilir.”


Xəbəri paylaş

1 0178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___