Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Həsənov cəbhə bölgəsində – FOTO
Tarix: 20-08-2015 | Saat: 19:11
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Zakir Həsənov cəbhə bölgəsində – FOTO
Nazir hərbi qulluqçularla birlikdə nahar edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.
Xeberaz.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan yeni hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.

Bütün cəbhəboyu ərazilərdə tikintiləri icra edən heyətlə görüşən müdafiə naziri görülən işlərin keyfiyyətinə ciddi nəzarətin olunması, şəxsi heyət üçün nəzərdə tutulan tam infrastrukturla təmin ediləcək müasir tipli hərbi şəhərciklərdə inşaat işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Müdafiə naziri ön xətdə yerləşən hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti, döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb, eləcə də hərbi qulluqçularla birlikdə nahar edib.











Xəbəri paylaş

5848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___