Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Saakaşvili azərbaycanlı məmuru kəskin tənqid etdi
Tarix: 20-08-2015 | Saat: 14:32
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər

Saakaşvili azərbaycanlı məmuru kəskin tənqid etdi
“Yanukoviçin vaxtından daha pis olub”.

Ukraynanın Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri Mixeil Saakaşvili hesab edir ki, Dövlət Fiskal Xidməti gömrükdə islahatların öhdəsindən gələ bilmir.

Xeberaz.az
“Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, bu barədə M. Saakaşvili İlyiçevsk dəniz ticarət limanı gömrüyünə işgüzar səfəri zamanı bəyan edib.

“Bir adam gəldi, Roman Nəsirov və kameralar qarşısında dedi ki, hər şeyi dəyişəcək. Heç nə dəyişməyib, hər şey olduğundan daha pis olub. Hətta Yanukoviçin vaxtından daha pis olub. O, bu insanlar üçün nəyi dəyişdi? ... Mən bu gömrükdə növbə çəkəcəm, mən onları ... bu yuxulu, korrupsiyalaşmış, çürümüş strukturı bu insanlardan əl çəkməyə məcbur edəcəm”, - Saakaşvili deyib.



Bununla belə, o qeyd edib ki, İlyiçevsk dəniz ticarət limanı gömrüyünə səfərinin məqsədi sahibkarların yüklərinin rəsmiləşdirilməsinin səbəbsiz saxlanılması ilə bağlı şikayəti olub.

MIGnews.com.ua saytının məlumatına görə, dövlət limanının kollektivi Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri Mixeil Saakaşviliyə müraciət edərək liman direktorunun istefa səbəblərini araşdırmağı xahiş etmişdi.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
25-06-2015, 13:39 Sabah leysan, dolu yağacaq

bütün xəbərlər
____ Instagram ___