Ərdoğan vəzifəsindən uzaqlaşdırıla bilər
Tarix: 19-08-2015 | Saat: 21:23
Bölmə:M / Karusel / Siyasət / Araşdırma | çapa göndər
"Türkiyə Böyük Millət Məclisində prezidentə konstitusiyada təsbit edilən sanksiyalar mexanizminin gündəliyə gətirilməsinin zamanı çatıb. Müxalifətdən olan millət vəkilləri fəaliyyətə başlamalıdır".
Xeberaz.az report-a istinadən xəbər verir ki, bunu konstitusiya hüququ üzrə professor İbrahim Kaboğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "qəbul etsəniz də, etməsəniz də, Türkiyədə idarəetmə sistemi dəyişib" deməklə konstitusiyadakı səlahiyyətlərini aşıb.
Professor vurğulayıb ki, 184 millət vəkili tərəfindən prezident R.T.Ərdoğana qarşı sanksiyaların gündəliyə gətilməsinin vaxtı çatıb.
Türkiyə prezidentinın "mən xalq tərəfindən seçilmişəm. Dolayısı ilə mənim üçün konstitusiyada nəzərdə tutulan status keçərli deyil" fikrinə münasibət bildirən hüquqçu deyib: "Bizdə məlumat yanlışlığı var, sanki prezident xalq tərəfindən seçilərsə, o zaman fərqli rejim olur. Bu, kökündən yanlışdır. Çünki Türkiyə parlament respublikasıdır. Qonşumuz Bolqarıstandan Avropanın şimalındakı Finlandiyayadək bir sıra dövlətlərdə prezident xalq tərəfindən seçilsə də, parlament idarəetmə sistemidir. Bizdə isə dəyişiklik yalnız 102-ci maddədə (həmin maddədə bildirilirdi ki, Türkiyə prezidenti parlament tərəfindən seçilir, dəyişikliyə əsasən, prezident ümumxalq səsverməsi yolu ilə seçilir - "Report") dəyişiklik edilib, dövlətin idarəedilməsi ilə bağlı başqa maddələr qüvvədədir".
Türkiyəli bir sıra dövlət hüququ mütəxəssislərinin iddiasına əsasən, R.T.Ərdoğana qarşı sanksiya tətbiq edilə bilər. Bura ona etimadsızlıq, impiçment də daxildir.
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

9-05-2016, 14:53
DTX “Heydər zirvəsi”nə yürüş etdi - Foto
20-09-2018, 10:04
Bu gün Azərbaycanda Neftçilər günüdür
16-01-2018, 17:24
Yol polisi ilə dalaşan şəxs özünü niyə yandırdı?-Təfərrüat
14-04-2015, 18:17
Futbol tarixinin ən güclü qardaşları
24-11-2016, 10:48
"Opel" yük maşınına çırpıldı: 3 ölü
11-01-2016, 11:28
"Asan Xidmət" rüsumu qaldırdı (FOTO)
14-06-2016, 12:20
Qarabağ üzrə mütəxəssis Britaniyaya səsləndi
19-01-2018, 17:05
Ordumuz şəhid verdi