Azərbaycanda generalın qaynı axtarışa verildi
Tarix: 19-08-2015 | Saat: 15:33
Bölmə:M / Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Yusub oğurluq, rəsmi sənədlərin saxtalaşdırılması və Azərbaycan sərhədini qanunsuz keçməkdə təqsirləndirilir. Fərid Yusub ölkədə olmadığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb və dövlətlərarası axtarış elan olunub. Azərbaycan hüquq-mühafizə orqanları onun yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün İnterpola müraciət edib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, Fərid Yusub Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin qaynıdır. Xatırladaq ki, avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Fərid Yusub da daxil olmaqla bir qrup şəxs E. Şəkinskinin ailəsini ölkədən qaçırmaqda təqsirləndirilir. Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.Cinayət işi üzrə təqsirləndirilən şəxslər – Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.
/Apa/
Xəbəri paylaş
5538 dəfə oxunub.
Digər xəbərlər

27-12-2017, 21:38
Larisa "Vicdan haqqı"dan getdi
18-09-2015, 22:20
Mehriban Əliyeva ilə bağlı yeni sərəncam - Prezident nazirlərə də tapşırıq verdi (SİYAHI)
18-02-2017, 19:16
Bakıda qadın kişini döyərək pulunu əlindən alıb
3-04-2016, 12:35
19 yaşlı şəhid əsgərimiz dəfn olundu - Fotolar
15-01-2016, 11:28
Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqlədi
30-01-2016, 14:00
Rus qırıcıları Türkiyə maşınlarını bombaladı
21-08-2018, 12:22
Bakı metrosunda DƏHŞƏTLİ ANLAR – Özünü qatarın altına atdı və bu stansiyalarda hərəkət iflic oldu - FOTO
7-08-2022, 11:23
Benzinin, boyanın iyindən xoşunuz gəlirsə... TƏHLÜKƏLİ SİMPTOM