Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Cavidlə bağlı müraciəti dəstəkləyirəm”- Aqil Abbas siyahıdan danışdı
Tarix: 18-08-2015 | Saat: 17:39
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

“Cavidlə bağlı müraciəti dəstəkləyirəm”- Aqil Abbas siyahıdan danışdı



Xəbər verdiyimiz kimi, bu gün bir neçə media rəhbəri Cavid Hüseynovun məhkəmə hökmünə kimi zaminliyə buraxılması ilə bağlı prezident İlham Əliyev və Baş Prokuror Zakir Qaralova müraciət edib.


Xeberaz.az “Qafqazinfo”-ya istinad xəbər verir ki, sözügedən müraciət yayımlandıqdan sonra siyahıda adı çəkilən bir neçə media təmsilçisi belə bir müraciətə qol çəkmədiklərini bəyan edib. Qeyd edək ki, məlum siyahı sosial şəbəkələrdə geniş müzakirələrə və etiraza səbəb olub.

“Qafqazinfo” bu məqamda siyahıda ilk adı çəkilən “Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbasla əlaqə saxlayıb. Deputat bu müraciəti dəstəklədiyini və təsisçisi olduğu media orqanının adından qol çəkməyə razı olduğunu bildirib: “Mən Cavid Hüseynovu həbsdə görmək istəmirəm. O, xalqa lazımdır. Razıyam, əgər günahı sübut olunsa, 10 il iş versinlər. Hələ istintaq gedir. Onun da Rasim Əliyev kimi ev-eşiyi yanıb, dağılıb. Vaxtı ilə erməni bir tərəfdən yandırıb, indi də bir tərəfdən yanır”.


Xəbəri paylaş

5458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___