Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya Bakıya hərbi gəmilər yeridəcək (VİDEO)
Tarix: 15-08-2015 | Saat: 01:09
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Fotogalereya | çapa göndər

Rusiya Bakıya hərbi gəmilər yeridəcək (VİDEO)
Xəzərin Azərbaycana məxsus ərazisində hərbi təlimlərin keçiriləcək.
Rusiyanın Hərbi Dəniz Donanmasının gəmiləri Bakıdadır. “Mahaçqala”' və “Volqodonsk” kiçik artilleriya gəmiləri, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisi Bakı Dəniz Vağzalına yan alıb.

ANS TV-nin məlumatına görə, sularda mövqeləri qorumaq üçün nəzərdə tutulan kiçik artilleriya və hidroqrafiya gəmisi Sankt-Peterburq istehsalıdır. 25 metr hündürlüyü olan gəmi bir sıra müdafiə və hücum hərbi texnikaları ilə təchiz edilib.

Uzunluğu 60 metr olan gəminin üst hissəsi havadan gözlənilən hücumun qarşısını almağa hesablanıb.

Rusiyaya məxsusu "Volqodonsk" gəmisi, əsas silahı A 190 artilleriya qurğusudur. Bu artilleriya qurğusu 27 km-r məsafədə istənilə hədəfi məhv etməyə qadirdir.

Hərbi gəmilərin bir üstün cəhətidə ondadır ki, həm çayda, həm də dənizdə sərbəst hərəkət edə bilir. "Volqodonsk” gəmisi, eyni zamanda mina səddləri quraşdıra bilmə funksiyasına görə digər kiçik artilleriya gəmilərindən fərqlənir.

Gəmi 15 mina daşıya bilir. Gəminin hidroakustik stansiyası suyun 100 metr dərinliyində olan hədəfi asanlıqla tapmağa və məhf etməyə imkan yaradır.

Bu hərbi gəmilərin heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşlər keçirəcək və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesilə tanış olacaqlar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-da yekunlaşacaq. Amma onlar yenə Bakıya qayıdacaqlar, bu dəfə başqa məqsədlə.
Hərbi Dəniz Qüvvələri Komandanı Şahin Məmmədov deyir ki, bu ay ərzində Rusiya Federal Təhlükəsizlik Xidmətinin gözətçi gəmilərin Azərbaycana gəlişi gözlənilir, məhz onlarla iştirakı ilə hərbi təlimlər keçiriləcək.

Bəs Xəzərin Azərbaycana məxsus ərazisində hərbi təlimlərin keçirilməsində məqsəd nədir? Azərbaycan üçün önəmli olan bu və digər sualların cavabını 48 saat sonra ekskluziv olaraq ANS-dən eşidəcəksiz.


Xəbəri paylaş

6448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___