Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vasif Talıbov yeni sərəncam verib.
Tarix: 14-08-2015 | Saat: 17:05
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Vasif Talıbov yeni sərəncam verib.
İdarə dəfn mərasimlərini də təşkil edəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Fəxri Xiyaban İdarəsinin yaradılması haqqında sərəncam verib.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, sərəncama əsasən “Naxçıvan Muxtar Respublikasının Fəxri Xiyaban İdarəsi haqqında Əsasnamə” də təsdiq edilib.

Əsasnaməyə əsasən Naxçıvan Muxtar Respublikasının Fəxri Xiyaban İdarəsi Fəxri Xiyabanın idarə edilməsi sahəsində dövlət nəzarətini həyata keçirən orqandır. Fəxri Xiyaban İdarəsinin fəaliyyət istiqamətlərinə Fəxri Xiyabana dair planlaşdırma işlərini təşkil etmək, Fəxri Xiyabanla bağlı zəruri tədbirləri və qanunveri­ciliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək, öz səlahiyyətləri çərçivəsində dəfn mərasimlərini təşkil etmək, Fəxri Xiyabanda təmir və bərpa işlərini həyata keçirmək və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir.

İdarənin fəaliyyətinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarənin direktoru rəhbərlik edir. İdarənin direktoru İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.


Xəbəri paylaş

8848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___