Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sosial şəbəkələrlə bağlı nazirlikdən növbəti- Açıqlama
Tarix: 11-08-2015 | Saat: 00:55
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Sosial şəbəkələrlə bağlı nazirlikdən növbəti- Açıqlama




Azərbaycanda internet üzərində nəzarət gücləndirilir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, rabitə xidmətləri göstərən "Skype", "Facebook" , “WhatsApp" lisenziyalaşdırılmalıdır:


“Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən "Skype", "Facebook" , “WhatsApp" da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.

Xeberaz.az ın ans press-ə istinadən məlumatına görə, nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Narahatlığa səbəb isə lisenziyalaşdırma nəticəsinədə internetə girişdə bəzi məhdudiyətlərin yaranması ehtimalıdır. Həmçinin vergi məsələsinin gündəmə gəlməsi rabitə xidmətləri göstərən "Skype", "Facebook" , “WhatsApp" Azərbaycanda öz fəaliyyətini yenidən gözdən keçirməsi ilə nəticələnə bilər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, nazirin əslində nə demək istədiyi məlum deyil və dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur:



“Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu, artıq lisenziyalaşdırılıb. Düşünürəm ki, internet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır”.

Onun sözlərinə görə, Rusiya, Türkiyə, Belarusda hökumətin internetə qarşı qadağaları var ki, bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması pərdəsi altında internetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır.

Bu cür resursların məhdudlaşdırılması mobil operatorlara sərf edəcək. Çünki gündəlik həyatımızda artıq internet üzərində zənglər geniş yayılmaqdadır. Bu isə mobil operatorların külli miqdarda gəlir itirməsi deməkdir.

Osman Gündüz bildirib ki, bu fikir hansısa dairələrin iqtisadi maraqları baxımından da irəli sürülə bilər:

“Sosial medianın imkanları, zəng funksiyalarının genişlənməsi ciddi narahatçılıq yaradıb. Sosial media telefon və mobil danışıq xidmətləri üçün ciddi rəqibə çevrilib. Amma bütün hallarda düşünürəm ki, informasiya mübadiləsi üçün qanunsuz süni əngəllər yaratmaq yolverilməzdir. Nazirlik və ya kommersiya qurumları xidmətlərini, tariflərini əlçatan, ucuz və keyfiyyətli etsinlər”.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov bildirib ki, nazirlik sosial şəbəkələrin işini məhdudlaşdırmaq istəmir, sadəcə onların fəaliyyətini qaydaya salmağa hazırlaşır:



“Sadəcə, bu şirkətlərlə biz danışıqlar aparmaq və Azərbaycanda onların fəaliyyətini müzakirə etmək niyyətindəyik. Bu sənəd nazirlik tərəfindən hazırlanıb və tezliklə Milli Məclisə göndəriləcək”.

Nazirlik rəsmisi bildirib ki, bu şirkətlər Azərbaycan bazarında çoxlu pul qazanır, buna görə də vergi qoyma məsələlərini onlarla müzakirə etmək lazımdır.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___