Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə mayor öldürüldü (VİDEO, FOTO)
Tarix: 28-07-2015 | Saat: 10:59
Bölmə:M / Karusel / Dünya / Xəbəraz TV / Reportaj | çapa göndər

Türkiyədə mayor öldürüldü (VİDEO, FOTO)
Jandarma Qarnizon komandiri ailəsi ilə silahlı hücuma məruz qalıb.
Türkiyənin Muş vilayətində Jandarma Qarnizon komandiri öldürülüb.

ANS PRESS-in məlumatına görə, vilayətin Malazgirt rayonunda Jandarma Qarnizon komandiri, mayor Arslan Kulaksız silahlı hücuma məruz qalıb.

Məlumata görə, Kulaksız axşam saatlarında ailəsi ilə evə gələrkən qəbirstanlıq yaxınlığında avtomobilində problem yaranıb və dayanıb.

Mayor avtombildən düşərək yaranan nasazlığı aradan qaldırmağa çalışarkən 2 avtomobildən atəşə məruz qalıb. Silahlılar avtomobildən mayoru və onun ailəsini güllələyərk qaçıblar.

Şəhid edilən mayor Arslan Kulaksız

Hadisə nəticəsində Kulaksız və onun qızı yaralanıb. Həyat yoldaşına isə heç nə olmayıb. Yaralılar əraziyə cəlb olunan təcili tibbi yardım maşınları ilə Malazgirt dövlət xəstəxanasına çatdırılıblar.

Ağır yaralı olan mayor Kulaksızın həyatını həkimlərinə müdaxiləsinə rəğmən xilas etmək mümkün olmayıb. Şəhidin qızının vəziyyətinin isə normal olduğu bildirilir.


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___