Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Novruz Məmmədov: "Suriya böhranı Türkiyəyə təsir göstərir"
Tarix: 24-07-2015 | Saat: 21:02
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Novruz Məmmədov: "Suriya böhranı Türkiyəyə təsir göstərir"
Prezidentin Administrasiya rəhbərinin müavini Türkiyənin İŞİD qruplaşması ilə mübarizəyə qoşulmasına münasibət bildirib
"Suriya böhranı istər-istəməz Türkiyəyə təsir göstərir".

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin İŞİD qruplaşması ilə mübarizəyə qoşulmasına münasibət bildirərkən deyib.


Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

N.Məmmədov bildirib ki, Suriyadakı proseslər Türkiyənin düz yaxınlığında baş verir: "Bununla bağlı orada başqa proseslər də var ki, onlar da əlaqəli olduğu üçün proseslərə təsir edir. Ona görə də düşünürəm ki, Türkiyə hökumətinin başda prezident olmaqla, qərar qəbul edərək bu addımı atması tamamilə normal bir haldır. Çünki bu hadisələrin Türkiyənin təhlükəsizliyinə, sabitliyinə və Türkiyənin özündə gedən proseslərə mənfi təsiri var. Bu addımı bir qədər tez də ata bilərdi. Amma indi də vaxtıdır. Baxın, iş hətta o yerə çatıb ki, onlar bir türk zabitini də sərhədə yaxın yerdə öldürüblər”.

Novruz Məmmədov FİFA-dan yazdı


Xəbəri paylaş

5228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___