Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəniz Akademiyasına rektor təyin olundu.
Tarix: 24-07-2015 | Saat: 19:21
Bölmə:M / Karusel / Təhsil / M2 | çapa göndər

Dəniz Akademiyasına rektor təyin olundu.
Bu barədə prezident İlham Əliyevin sərəncam verdi.
Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin olunub.
ANS PRESS-in məlumatına görə, dövlət başçısı İlham Əliyev bu haqda müvafiq sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Çingiz Mansur oğlu Əliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Ç.Əliyev bundan əvvəl Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris və tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

İlham Əliyev idmançılar üçün mükafatları müəyyən etdi

Xatırladaq ki, Azərbaycanda dənizçi kadrların hazırlanmasına 1881-ci ilin noyabrından başlanılmış və çox şərəfli tarixi inkişaf yolu keçib. Azərbaycan Respublikası Mərkəzi dövlət tarix arxivində Bakı şəhər başçısının Qafqaz baş idarə rəisinə Bakıda 21 noyabr 1881-ci ildə Dənizçilik siniflərinin açılması barədə məlumatı vardır. Həmin illər Bakı dənizçilik siniflərində oxuyanların əksəriyyəti dənizdə işləyənlər idi. Tədris ili 1 noyabrdan 1 aprelə kimi müddətdə (qış mövsümü ilə əlaqədar olaraq Həştərxana dəniz yolunun bağlı olması, buxarla işləyən və yelkənli donanmanın Bakı portunda qışlaması dövrü) təşkil edilirdi. Dənizçilik siniflərini hər il 25-30 nəfər gəmi sürücüsü və 15-18 nəfər şpiker bitirirdi. 1896-cı ildə dənizçilik sinifləri nəzdində mexanika kursu (sonralar gəmi mexanikləri məktəbi) açılıb.

1930-cu ilin martında hökumətin sənaye texnikumlarının sahələr üzrə yenidən təşkili haqqında qərarına uyğun olaraq 1 sentyabr 1930-cu ildə Bakı su yolları texnikumu Bakı dənizçilik texnikumu adlandırıldı. 1944-cü ilin martından Bakı dənizçilik texnikumu Bakı dəniz yolları məktəbi adlandırıldı.


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___