ABŞ İrana xəbərdarlıq etdi
Tarix: 24-07-2015 | Saat: 17:36
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Ehtiyac olarsa ABŞ məsələləri hərbi yolla həll edə biləcəyini etiraf edib.
"İranla nüvə sazişini imzalamaqla biz aydın şəkildə işarə etdik ki, bu ölkə ilə əməkdaşlıqa hazırıq. Lakin diplomatik səylər bir nəticə verməsə Birləşmiş Ştatlar hərbi qüvvə tətbiq etməyə hazırdır".
Bu barədə ABŞ prezidenti Barak Obama Britaniyanın BBC şirkətinə müsahibəsində deyib.
O, deyib ki, saziş imzalansa da, üzərində İranla birgə işləməli olduqları bir sıra məsələlər mövcuddur. "Ümid edirəm ki bu məsələlər diplomatik yolla öz həllini tapacaq. Lakin ehtiyac olarsa onların bir qismi hərbi yolla həll ediləcək"- deyə ABŞ prezidenti bildirib.
ABŞ prezidenti Barak Obama
Xatırladak ki, Vyanada "altılıq" ölkələri (BMT TŞ-n 5 daimi üzvü və Almaniya) və İran arasında əldə edilmiş razılaşmaya əsasən Tehranın nüvə proqramına
beynəlxalq ictimaiyyət tərəfindən ciddi nəzarət olunacaq. Bunun müqabilində İslam Respublikasına qarşı BMT TŞ-nin qətnamələri ilə və qərb ölkələri tərəfindən tətbiq edilmiş sanksiyalar aradan qaldırılacaq.
İran və "altılıq" razılaşdı, neftin qiyməti düşdü
Lakin bu anlaşma İsrail Dövlətinin ciddi narahatlığına səbəb olub. Rəsmi Tel-Əviv hesab edir ki, sanksiyaların ləğv edilməsi nəticəsində İran iqtisadiyyatına axan milyardlarla dollar ölkənin hərbi qüdrətinin artırılmasına və "Hizbullah" kimi təşkilatların dəstəklənməsinə yönəldiləcək.
İsrailin baş naziri Binyamin Netanyahu İranla nüvə sövdələşməsinin yenidən baxılmasına çağırış edib və onu "tarixi səhv" adlandırıb.
İsrailin baş naziri Binyamin Netanyahu
Həmçinin oxuyun: Böyük razılıq dünyanı ikiyə böldü (FOTO)
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

18-09-2015, 11:01
Elçin Cəfərov Məmmədbağır Bağırzadənin repertuarına müraciət etdi
19-10-2017, 13:57
Arif Quliyev müğənniliyə başladı – Bu da yeni mahnısı - VİDEO
23-05-2016, 15:24
Qanlı gecə
13-01-2016, 14:02
Bakıda oğru aptek işçisinin əlindəki pulu alaraq qaçdı
26-03-2015, 21:55
Atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.
15-02-2022, 11:28
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
14-05-2015, 00:03
İŞİD -in ikinci lideri öldürüldü