Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
FİFA rəsmisi axtarışa verildi
Tarix: 24-07-2015 | Saat: 12:29
Bölmə:M / Karusel / İdman / Fotogalereya | çapa göndər

FİFA rəsmisi axtarışa verildi
ABŞ 86 yaşlı Nikolas Leosun ekstradisiyası barədə müraciət edib/
ABŞ Paraqvayın hakim dairələrinə ev həbsi altında olan Cənubi Amerika Futbol Konfederasiyasının (Conmebol)86 yaşlı sabiq prezidenti Nikolas Leosun ekstradisiyası barədə müraciət edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Paraqvay Xarici İçlər Nazirliyinin nümayəndəsi müvafiq sənədin alınmasını təsdiq edib. “Biz ABŞ səfirliyi tərəfindən göndərilmiş bütün sənədləri alınıb və onları ölkənin Ali Məhkəməsinə təqdim edilib”, – deyə nazirliyin nümayəndəsi bildirib.

Qərb mətbuatının yazdığına görə, 1986-2013 illərdə Cənubi Amerika Futbol Konfederasiyasına başçılıq edən Leos adı 2002 il dünya çempionatın ev sahibi seçilməsi üçün rüşvət almaqda iştirak edib. Qeyd edək ki, yayılan məlumata əsasən o zaman Yaponiya Futbol Assosiasiyası Conmebol üzvlərinin hesablarına 1,5 milyon ABŞ dolları keçirib. Nikolas Leos bu vəsaitin Konfederasiya məmurları arasında bölüşdürülməsinə rəhbərlik edib.

Bununla əlaqədar FİFA-nın icrayyə komitəsinin sabiq üzvü N.Leos barəsində İnterpol xətti ilə axtarış da elan edilib.


Nikolas Leos (solda) və FİFA prezidenti Zepp Blatter


Xatırladaq ki, 2015-ci ilin may ayında İsveçrədə bir sıra yüksək rütbəli FİFA rəsmisi həbs edilib. Bu həbsləri şərh edərkən ABŞ-ın Ədliyyə Naziri və Baş Prokuroru Loretta Linç bəyan edib ki, saxlanılmış FİFA məmurlarının yaratdıqları korrupsiyon sxem təxminən 20 il ərzində mövcud olub və onlara yüz milyonlarla dollar məbləğində qeyri-qanuni gəlir etmək imkanı yaradıb.

Bundan əlavə məlum olub ki, İsveçrə polisi DÇ-2010 , DÇ-2018 və DÇ-2022 -yə ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı pulların yuyulması ilə əlaqəli olan bir qrup adları çəkilməyən şəxs barəsində istintaq işi qaldırıb.


ABŞ-ın Ədliyyə Naziri və Baş Prokuroru Loretta Linç


29 may 2015-ci il tarixində FİFA konqresində 5-ci dəfə yenidən təşkilatın prezidenti seçilən Yozef Blatter bundan cəmi bir neçə gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar gözlənilmədən vəzifəsindən istefa verib. FİFA-nın yeni prezidenti 2016-cı il fevralın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək növbədənkənar konqresdə seçiləcək.


Xəbəri paylaş

6078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___