Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsa Qəmbər: "Rauf Arifoğlu prezidentlə barışdı" (FOTO)
Tarix: 22-07-2015 | Saat: 13:23
Bölmə:M / Karusel / Siyasət / M2 / Foto-fakt | çapa göndər

İsa Qəmbər: "Rauf Arifoğlu prezidentlə barışdı" (FOTO)
Jurnalistdən cavab gecikmədi - İqtidar olardılar, edərdilər...
"Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun ölkə prezidenti tərəfindən “Əməkdar jurnalist” adına layiq görüldükdən sonra “ “Müsavat” partiyasında istefa verməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

ANS PRESS-in məlumatına görə, cəmiyyətdə geniş müzakirə olunan bu mövzuya partiyanın keçmiş başqanı İsa Qəmbər reaksiya verib. O, Arifoğlunun bu addımını təbii qarşılayıb və onların barışığı kimi dəyərləndirib:

"Məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib. Sizin suallara da Rauf bəyin cavabları ortadadır".

O, qeyd edib ki, Rauf Arifoğlunun İlham Əliyevdən mükafat alması (İlham Əliyevin Rauf Arifoğluna mükafat verməsi) bu iki şəxsin barışığı kimi qiymətləndirilə bilər. "Şəxslərin barışına bir söz deyilməz, amma İlham Əliyevlə barışmaq rejimlə barışmaq deməkdir.
Və bu şəraitdə Rauf Arifoğlunun "Müsavat"dan çıxması məntiqli addımdır, çünki biz müsavatçılar hesab edirik ki, rejimlə barışmaq vətənimizin, xalqımızın sərvətlərinin oğurlanması ilə, insanlarımızın azadlıqlarının məhdudlaşdırılması ilə, ölkəmizdəki korrupsiya və rüşvətxorluqla, haqsızlıq və ədalətsizliklə, yüzlərlə siyasi məhbusun və girovun olması ilə barışmaq deməkdir. Müsavatçılar üçün bu mümkün deyil.


Prezident İlham Əliyev Rauf Arifoğlunun mükafatlandırarkən


Rauf Arifoğlu onu təbrik edənlər arasında "Müsavat" partiyasının başqa Arif Hacılının və eks başqanı İsa Qəmbərin olmadığını açıqlayıb. "Hələ vaxta var, bəlkə də təbrik edəcəklər. Etməsələr də, canları sağ olsun. Əminəm ki, İsa Qəmbər, ya da Arif Hacılı prezident olsaydılar, onlar da mənə qəzetçiliyin "usta" titulu hesab olunan əməkdar jurnalist adını verəcəkdilər. İndi bunu onların əvəzindən İlham Əliyev edib. İqtidar olardılar, edərdilər... Bir Allah şahiddir ki, İsa Qəmbərin prezident olması üçün yalnız onun özü ilə müqayisə oluna biləcək bir fəaliyyət göstərdim. 1993- 2013! 20 il" - yazaraq, onları iqtidara gələ bilməməkdə günahlandırıb.


Xəbəri paylaş

7398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___