Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident İrəvandan Bakıya gəldi
Tarix: 21-07-2015 | Saat: 21:41
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezident İrəvandan Bakıya gəldi
Aİ Şurasının rəhbərini baş nazirinin birinci müavini və digər rəsmi şəxslər qarşılayıb.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

ANS PRESS-in məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti D.Tusku Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.


Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk

Aİ Şurasının rəhbəri Donald Tusk ötən gün Ermənistanda səfərdə idi. Tusk Ermənistan prezidenti Serj Sarkisyan ilə keçirdiyi birgə brifinqdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır.

Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi daxil olmaqla beynəlxalq siyasətə dair bir çox məsələləri müzakirə ediblər. “Dağlıq Qarabağ münaqişəsi narahatlıq yaratmaqda davam edir və bu səbəbdən Aİ həmişə Ermənistan və Azərbaycan arasında barışığa nail olunmasına və dialoqun bərpa edilməsinə yönəlmiş səyləri dəstəkləyir”, deyə Tusk əlavə edib.

“Tərəflər atəşkəs sazişinə hörmətlə yanaşmalıdır”, deyə o bildirib.


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___