Sarkisyan erməni şahmatçılara Bakıya gəlməyi tövsiyə edib
Tarix: 21-07-2015 | Saat: 21:21
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
FİDE-nin rəhbəri danışıqlar aparıb.
FİDE prezidenti Kirsan İlümjinov Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Ermənistan prezidenti Serj Sarkisyan ilə erməni şahmatçıların Bakıda keçiriləcək şahmat üzrə Dünya çempionatında iştirakını müzakirə edib.
Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, bu barədə Dünya Şahmat Təşkilatının rəsmi saytında bildirilib.
Qeyd edilib ki, İlümjinov Ermənistan prezidenti, Ermənistan Şahmatçıları Federasiyasının rəhbəri Serj Sarkisyan ilə telefon danışığı keçirib, onunla erməni şahmatçılarının cari ilin sentyabrında Bakıda keçiriləcək Dünya kubokunda iştirakını müzakirə edib.
FİDE prezidenti bu tədbirdə erməni şahmatçılarının iştirakı məsələsində Sarkisyanın dəstəyini istəyib.
Ermənistan prezidenti qeyd edib ki, o, şahmatçı L.Aronyan, X.Melkumyan, Q.Sarkisyan, S.Ter-Saakayan ilə görüşüb və onlara yarışlarda iştirak etməyi məsləhət görüb.
İlümjinov FİDE prezidentini təbrik edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə də danışıqlar aparıb.
Nazir əmin edib ki, Dünya kubokunun iştirakçılarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək.
O, FİDE prezidentinə bu həssas məsələnin həllində fəal iştirakına görə təşəkkür edib.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

6-08-2022, 16:05
Kəlbəcərdə şəhid olan hərbçimizin nəşi ailəsinə təhvil verildi
28-12-2018, 13:41
"Qarabağ mənim qeyrətimdir, mən Nərmin deyiləm ki azərbaycanlıları təhqir edim" - Hüseyn Əzizoğlu
14-12-2021, 01:54
XIRDALAN MƏKTƏBİNƏ SAXTA DİPLOMLU DİREKTOR TƏYİNATI –ŞİKAYƏT/FOTO
25-09-2017, 15:54
Payızın havası 20 gün ləngiyib
30-08-2020, 22:17
Pərviz Bülbülə və Rəşad Dağlı da cərimələndi - FOTO
29-08-2016, 19:57
Kənd yerlərində ana ölümlərinin sayı artıb - RƏSMİ
20-03-2015, 00:14
Putin Krım konsert-mitinqində oxudu Moskva / VİDEO
15-11-2015, 11:59
BMT Suriyada atəşkəsə nəzarət edəcək
7-01-2020, 16:53
ABŞ, İranı belə mühasirəyə alıb - FOTOLAR