Toya gedərkən dəhşətli qəzada ölən qardaşlarla bağlı YENİ FAKTLAR
Tarix: 16-03-2019 | Saat: 13:43
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Ötən gün Sumqayıtda baş verən dəhşətli yol qəzasında ölən qardaşlar bu gün dəfn ediləcəklər.
Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində "Hyundai Elantra" markalı 99 EA 934 dövlət nömrə nişanlı minik avtomobilinin "KamAZ" markalı 09 BL 969 nömrəli yük maşınına çırpılması nəticəsində ölən 1998-ci il təvəllüdlü Zəkiyev Vahid Məzahir oğlu və 1996-cı il təvəllüdlü Zəkiyev Mikayıl Məzahir oğlu bu gün Balaxanı qəsəbə məzarlığında torpağa tapşırılacaq.
Məlumata görə, Zəkiyev qardaşları "Rent a car"dan avtomobil icarə götürərək Quba rayonuna Vahidin əsgər yoldaşının toyunda iştirak etmək üçün yola çıxıblar. Avtomobil Tağıyev qəsəbəsində hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq qarşıdan gedən yük maşınına çırpılıb. Hadisə vaxtı Mikayıl və Vahid yerindəcə keçinib. 1995-ci il təvəllüdlü Zabit Aslan oğlu Cəfər, Nəbiyev Cəbi Müdürxan oğlu və 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan publika.az-a bildirilib ki, Fərid Zəkiyev artıq evə buraxılıb.
Digər məlumata görə, dəhşətli hadisədə vəfat edən Mikayıl Zəkiyev Türkiyədə Yıldırım Bəyazid Universitetinin mzunudur. O, motosiklet və tatuaj həvəskarı olub. Vahid isə yenicə işə qəbul olubmuş. Əslən Quba rayonundan olan qardaşları Bakı şəhər Balaxanı qsəbəsində böyüyüblər və bu gün saat 12-də qəsəbə məzarlığında dəfn ediləcəklər.
Xəbəri paylaş
7208 dəfə oxunub.
Digər xəbərlər

3-03-2016, 18:31
İspaniya futbolunda qalmaqal: baş məşqçi futbolçulara porno film izlətdirib (VİDEO)
31-03-2017, 13:17
Aprelin ilk gününün HAVASI
2-01-2016, 17:58
İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb - FOTO
9-06-2015, 12:21
Xocasəndə Pedaqoji Universitet üçün kampus tikiləcək
20-10-2018, 10:49
Atanın pis vərdişləri övlad və nəvələrinin intellektinə mənfi təsir edir - Alimlər açıqladı
30-06-2015, 15:26
Amerikanı heyran qoyan Üzeyir: Məni görənlər deyirdilər ki... – VİDEO
18-04-2016, 19:40
Sarkisyan işğal altındakı Azərbaycan ərazilərinə gəlib
18-05-2016, 12:50
İrəvanı korrupsiya dağıdır – BVF
12-10-2015, 21:49
Nazirlik və Komitəyə əlavə tapşırıqlar verildi
25-08-2015, 15:38
Vasif Talıbov 700 bal toplayan tələbəyə pul verdi - FOTO