Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"ŞƏRUR MTK"-nın işçiləri etiraz aksiyası keçirir! - VİDEO
Tarix: 05-02-2019 | Saat: 12:45
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Aktual | çapa göndər



Bakı şəhər Xətai rayon, Məhəmməd Hadi küçəsində aparııan tikinti inşa işlərinə cəlb olunan işçilər onlara məxsus əmək haqqı kartlarının şirkət rəhbərliyindən Bakir adlı şəxs tərəfindən mənimsənildiyini və maaşlarının isə tabel cədvəli ilə də gecikdirilməsini bildirilər.
Qeyd edək ki, 04fevral tarixində həmin ünvanda videoçəkiliş aparmaq istəyərkən həmin vaxt orada özünü mühafizəçi kimi təqdim edən mülki geyimli şəxslər Jurnalist peşə fəaliyyətinə mane olaraq hətta zor da tətbiq etdilər. Bunu tikinti meydançasına əmək haqlarını tələb etməkçün toplaşan onlarla işçi, bizə tərəf gəlib müsahibə vermək istəsələr də,  bizə mühafizəçiliyi təsdiq edən hər hansı bir xidməti vəsiqəni təqdim etməyən bu iki nəfər, həmin şikayətçi işçiləri müsahibədən uzaqlaşdıraraq bizə isə itələyici əl hərəkətləri edərək təhqir də edərək qapını bağladılar. Qeyd edək ki, AR .Konstitusiyasının 42 , 50 və 57-ci maddələri ilə hər kəs sərbəst fikir söyləmək, məlumat almaq və müraciət etmək hüquqlarına malikdir. 
Eyni zamanda AR. Cinayət məcəlləsinin 163-cü maddəsində Jurnalist peşə fəaliyyətinə açıq-aşkar mane olmaq məsuliyyət yaradır.
Biz də dərhal 102 Polis xidmətinə bu barədə müraciət edərək kömək istədik. Aidiyyatı üzrə  Xətai rayon 36-cı Polis bölməsinin əməkdaşları dərhal əraziyə gəldilər. Biz media olaraq Qanunamüvafiq qaydada inanırıq ki, müraciətimiz əsasında həmin şəxslərin etdyi xuliqanlıq hərəkətlərinə görə, həmçinin Şərur MTK rəhbərliyinin işçilərinin əmək haqqı kartlarının mənimsəmələrinə görə aidiyyatı cavabdeh şəxslər barəsində Qanuni tədbir görüləcəkdir.
Onu da xüsusilə qeyd edək ki, hadisə yerindən çəkilişimizə mane olsalar da tikinti meydançasında axşamafək gözləyərək hələ də əmək haqlarını ala bilməyən işçilər , istifadələrində olduğu mobil telefonla bu etiraz nümayişini videogörüntüyə alaraq bizim elektron ünvana göndərdilər.
Hər iki videoçarxı sizə təqdim edirik.
Mövzuya qayıdacağıq.

X.Qurbanlı.


Xəbəri paylaş

8608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___