Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müdafiə Sənayesi Nazirliyi ləğv olundu - “Azərsilah” yaradıldı
Tarix: 16-01-2019 | Saat: 21:24
Bölmə:M / Karusel / İqtisadiyyat / Həftə-Reytinq | çapa göndər

Müdafiə Sənayesi Nazirliyi ləğv olundu
Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair fərman imzalayıb.
“Xeberaz.Az" xəbər verir ki, fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradılır.
Sənədə əsasən, Cəmiyyətin qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxs olduğu müəyyən edilib.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
Fərmana əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırıb Prezidentə məlumat vermək, Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı, eləcə də Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin “Azərsilah” ASC-nin tabeliyinə verilməsi və s. məsələlərlə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
Nazirlər Kabinetinə, həmçinin Müdafiə Sənayesi Nazirliyinin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsinin bir ay müddətində təmin edilməsi barədə də tapşırıq verilib.
Sənədə əsasən, “Azərsilah” ASC “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirəcək.


Xəbəri paylaş

7788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___