Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bir xalanın sirri”ndəki iyrənclik - "Bozbash Pictures" Ginnesə düşə bilər...
Tarix: 03-01-2019 | Saat: 13:49
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ceyhun MUSAOĞLU 

Deyirlər, kinoteatrlarda göstəriblər. Adətən kütlənin zövqünə hesablanan filmlərə pul və vaxt xərcləmirəm. 

Elə bu səbəbdən də kinotetrda baxmadığım filmə televizorun qarşısında oturub tamaşa edəsi oldum. Məqsədim təftiş idi.

"Bozbash Pictures" komandasının ərsəyə gətirdiyi "Bir xalanın sirri” filmi başlayan kimi, nəinki azərbaycanlının, elə bütün xalqların xarakteri təhqir olunmağa başladı. Adam bacısını ərə verməyə oğlan tapıb və onu döyə-döyə evə gətirib bacısının üstünə atır. "Kürəkən"in başına açmadıqları oyun qalmır, o yazığı inəyin anus dəliyindən içəri salmağa qədər alçalır, tamaşaçını da özləri ilə bərabər alçaldırlar. 

Sonra meşədə azırlar, sonra bir ağsaqqal onlara gecələməyə yer verir, sonra həmin nurani simalı kişini "Hacı dayı" adıyla tərbiyəsizlik aşılayan lətifənin qurbanı kimi yedizdirməyə çalışırlar. Hələ üstəlik o nuranini Şəki ləhçəsində danışdırılar. Sonra kişi onlara "peçinizə odun atım?" - deyə müraciət edir... Vəssalam gədələr evdən qaçırlar. Tamaşaçıya da hərəkətləri ilə belə deyirlər: qorxduq "Hacı dayı bizi zorlayar".  

Bilirəm, bu yanaşmama aktyor heyəti cavab tapacaq. "Axı biz belə ifadə işlətməmişik, sizin gəldiyiniz qənaətdir". Əzizlərim başqa qənaətə gəlməyə yol qoymursunuz axı. Mənim yaşıdlarım o lətifələri eşidəndə və danışanda yəqin doğulmamışdınız. Ancaq biz elə vulqar ifadələrlə zəngin lətifələri 3-4 oğlanın arasında danışardıq, hətta yanımızdan bir başqası keçəndə - fərq etməz, qız, ya oğlan, anındaca susardıq. Siz icazəsiz evimizə daxil olur, ağzınıza nə gəldi danışır, hətta özünüzə haqq qazandırırsınız". 

Hələ harasıdır... Filmdə gədələr bara gedirlər, narkotik dərmanlar qəbul edirlər, oteldə gecələyib, oraları dağıdırlar, ayılanda biri guya hamilə qalır, birinin arxası şişir. Başlayırlar bir-birinə lağ etməyə. Dünyanın ən nəcib işini görən, həmin anda Allahla eyniləşən hamilə qadınları bu dərəcədə təhqir bəlkə də Ginnesə düşə bilər. Hələ arxası yekələn kişiyə vurduqları eyhamlar... Çox iyrəncdir. 

Kanalı dəyişdim, hara çevirdimsə, gözlərimin qarşından ilan-çayan çəkilmədi. Görün bu "xalalar" mən yaşda adamın psixologiyasına necə təsir göstəriblər. ORT-də oxuyan Vaenqa kimi nəhəng müğənni də gözümdə filmdəki  "bacı" obrazına çevrildi. 

Filmini aktyor heyətinin hər bir üzvündə istedad var. Sadəcə çox kasaddırlar: mütaliələri yoxdur, filmlərə, tamaşalara baxmırlar, həyatın ancaq pul üzərində bərqərar olduğunu düşünürlər, öz övladlarının böyüdüyü cəmiyyəti zibilxanaya çevirməklə məşğul olduqlarının fərqinə varmırlar. 

Yaponiyada mədəniyyət sahəsində senzura var. Bizdə olmasın, istəmirik. Bəs içimizdəki senzoru niyə söndürmüşük? Bozbaşın bütün filmlərinin süjeti vulqarlıqla müşayiət olunur. Bir sorğu aparsınlar: bu söyüşləri bəyənən heç olmasa bir nəfər belə, varmı? Yoxdur, ola bilməz. Bəs niyə baxırıq, bəs niyə gülürük? Cavabı sadədir: hər yerdə şou-biznes deyib, sizi göyə qaldırırlar. Bizim dildə danışırsınız, doğmasınız. Sizi qoyub, əcnəbiyə meyl etmək çətindir. Siz də bu reallıqdan sui-istifadə etməyin. Yazın, çəkin, ancaq xüsusən mətni ağıllı adamlara redaktəyə verin. 

"Bir xalanın sirri"ni elə gözəl redaktə edərdim ki, tamaşaçı sizi bağrına basardı. "Yol əhvalatı" filmində dahi Yaşar Nuri bircə "pereriv" sözü ilə bütün ölkəni sağlam gülüşə qərq etdi. Yerində, zamanında, yüksək koloritlə demişdi. 

Sizin filmlərə baxanda elə bilirəm kino sənətində yeni janr yaranıb. Adı da "alabaşına kül başına". Tarixə bu adla düşməkdən çəkinin. Tarix Allah kimidir, qiyməti dəqiq olur. 

Bir qalanın sirri o vaxt bir xalanın sirri olur ki, həkim babaları eşitmirsiniz, kitabları oxumursunuz, bu səbəbdən kəmər belinizdə durmur...

"Bir xalanın sirri”ndəki iyrənclik - "Bozbash Pictures" Ginnesə düşə bilər...


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___