Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elektrik enerjisi ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ: 5 gün sonra...
Tarix: 20-12-2018 | Saat: 17:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Elektrik enerjisi ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ: 5 gün sonra...
Debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 25-i saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Bu barədə “Azərişıq” ASC abonentlərə xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir ki, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.


Xəbəri paylaş

1 1898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___