Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib.
Prezidentliyə namizəd Salome Zurabişvili səslərin 59.56 faizini toplayaraq qələbə qazanıb. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib. Məlumata əsasən, artıq bülletenlərin 99.7 faizi sayılıb və müstəqil namizəd Salome qələbə qazanıb.
Müxalifətin namizədi Qriqol Vaşadze 40.44 faiz səs toplayıb.
Zaurabişvili və tərəfdarları artıq qələbəni qeyd edirlər.
Prezidentin səlahiyyət müddəti 6 il olacaq. Bu, xalq tərəfindən seçilən sonuncu prezidentdir. Növbəti prezident 300 nəfərlik təmsilçi tərəfindən seçiləcək.
Salome Zurabişvili 1952-ci ilin 18 mart tarixində Parisdə gürcü siyasi mühacir ailəsində doğulub. 30 il Fransa xarici işlər nazirliyində çalışıb. 2004-2005-ci illər arasında Gürcüstanın xarici işlər naziri olub. 2005-ci ilin noyabr ayında Zurabişvili "Gürcüstan yolu" müxalifət partiyasını qurub. Bu partiya 2007 və 2009-cu illərdəki etiraz nümayişlərində fəal iştirak edib. 5 il sonra isə Salome Gürcüstan siyasətini tərk etdiyini bəyan etdi.
2013-cü ildə Gürcüstan prezidentliyinə namizəd olsa da, ikili vətəndaşlığı olduğu üçün qeydə alınmayıb. Bu ilin avqust ayında Zurabişvili Fransa vətəndaşlığından imtina edərək prezident seçkilərinə qatıldı.
(ölkə.az)
Gürcüstan ilk qadın prezidentini seçdi - Salome Zurabişvili kimdir?
Tarix: 29-11-2018 | Saat: 11:23
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər
Xəbəri paylaş
6218 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-11-2018 | Saat: 11:23
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
12-03-2020, 22:50
AVRO-2020 bir il sonraya təxirə salınacaq
26-02-2017, 09:15
Salyanda dəhşət: ər-arvad yanaraq öldü
5-03-2017, 12:37
Gürcüstanda qaçqınlar üçün mərkəz yaradıla bilər
23-06-2017, 18:07
Metronun üç stansiyasında iş vaxtı dəyişdi
11-08-2017, 12:16
Sumqayıta gedənlərin nəzərinə: cədvəl yenə dəyişir -FOTO
7-07-2022, 11:37
"Patı" çəkən Günaydan DƏHŞƏTLİ ETİRAF: Gözünə nəsə görünür, onu eşitməyə başlayırsan... - VİDEO
25-01-2017, 16:56
"O "priçoska"nı Rihanna məndən sonra edib, məni təkrarlayırlar" - VİDEO
4-03-2018, 17:13
"Lotu Quli"nin "güllələnməsi"nin videosu yayıldı
24-04-2019, 15:37
Anar Xalidə Bayramovanı müdafiə etdi