Dilqəm Əsgərovun oğlu: “Atamla görüşmək istəyirəm“
Tarix: 15-07-2015 | Saat: 17:06
Bölmə:M / Karusel / Gündəm / M2 / Qarabağdan xəbər var | çapa göndər
Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib
"Mən atamla görüşmək istəyirəm. Bu, mənim ən təbii haqqımdır".
Bunu Ans press-ə açıqlamasında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu söyləyib. O bildirib ki, artıq iki ay əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib: "Müraciətimə baxmayaraq onlar hələ də mənim istəyimə konkret cavab verməyiblər. Hə, yaxşı deyirlər, ancaq hələ də bir nəticə əldə olunmayıb", - deyə o, əlavə edib.
Atasını səhhəti ilə bağlı narahat olduğunu söyləyən Kürdoğlu lazım gələrsə atasının yanına gedə biləcəyini də söyləyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova bu məsələyə münasibət bildirib.
O, söyləyib ki, BQXK girovların ailə üzvləri ilə yalnız məktub vasitəsi ilə əlaqə yaradır.
İ.Hüseynova digər komunikasiya vasitələrindən istifadə etmək üçün qarşılıqlı razılaşdırılmalı olduğunu diqqətə çatdırıb: "Bizə müraciət olunursa, o zaman qarşı tərəfə məlumatı çatdırırıq. Ancaq digər vasitələrlə ailə üzvlərinin əlaqəsini təşkil etmək yalnız razılaşdırılmış şəkildə olmalıdır", - deyə BQXK-nin rəsmisi söyləyib.
Xəbəri paylaş
7868 dəfə oxunub.
Digər xəbərlər

5-05-2017, 13:38
Ağakərimin vəziyyəti ilə bağlı SON DURUM - VİDEO
23-04-2016, 12:23
QAFQAZ İDMAN KLUBUNUN MƏŞQÇİLƏRİNDƏN HƏRBİÇİLƏRİMİZƏ DƏSTƏK
25-08-2022, 11:19
Firəngiz Rəhimbəyova ölümündən 22 gün sonra burada dəfn ediləcək - FOTO
27-07-2016, 14:06
DƏHŞƏT! Evə gəldi, gözlərinə inanmadı - VİDEO+FOTOLAR
28-09-2022, 10:53
Bakıda 38 yaşlı kişi QƏTLƏ YETİRİLDİ
22-11-2017, 15:59
"Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Putindir" - Ərdoğan
8-04-2015, 12:06
Rusiyada gənc qız özünü 16-cı mərtəbədən atdı – VİDEO (18+)
17-10-2017, 15:55
Bakıda qadın paltarında gəzənlər kimlərdir?-VİDEO
24-05-2016, 06:10
ABŞ-da yüksək vəzifəli məmur işdən qovuldu
13-06-2016, 19:19
İrandan islam adına rəzalət