Lənkəranın sel basmış kəndində son vəziyyət - FOTO
Tarix: 13-11-2018 | Saat: 12:22
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Noyabırın 11-i axşam saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın bir neçə yaşayış məntəqəsini su basıb.
Ən kritik vəziyyət rayonun Yuxarı Nüvədi, Səpirəkəran, Mamusta, Şağlaküçə, Kərgəlan, Şiləvar və Digah kəndlərində yaşanıb. Belə ki, həmin ərazilərdə onlarla fərdi yaşayış evinin həyətyanı sahələri sel sularına qərq olunub, nəticədə yerli sakinlərə xeyli maddi ziyan dəyib.
Lənkəran Şəhər icra başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev Modern.az-a açıqlamasında bildirib ki, normadan artıq yağan yağış səbəbindən rayonun dağətəyi ərazisində yerləşən 7 kəndi sel basıb:
“Ümumi götürəndə vəziyyət nəzarət altındadır. Noyabırın 11-dən axşam saatlarından başlayan leysan nəticəsində şəhərin 7 kəndinin həyətini su basıb. Dağ massivindən gələn sel kəndlərin ərazisindən axıb. Bu zaman sel suları bəzi evləri daxil olub. Dərhal vəziyyətlə bağlı komissiya üzvləri ciddi iş rejiminə keçib və suyun həyətyanı ərazilərdən çıxarılması yönündə işlər görülüb. Noyabrın 12-də gündüz saatlarında 10 ailə, axşam isə daha 2 ailə təxliyyə olunub. İnsan tələfatı və xəsarət alan yoxdur. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Hazırda dəymiş ziyan komissiya tərəfindən araşdırılır, bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
Rayonun Digah kənd sakini Çingiz Hüseynov açıqlamnasında ona məxsus fərdi yaşayış evinin həyətinin suyun altında qaldığını bildirib:
“Həyətimizi su basıb, toyuq-cücə, mal-qaranın hamısı tövlədə qalıb. Dəymiş ziyan barədə hələ dəqiq heç nə deyə bilmərəm. Dünən enerji və qaz təchizatında da problemlər var idi. Axşama işıq verildi. Amma qaz hələdə verilməyib. Su həyətlərdən qismən çəkilsə də, yağmurlu hava şəraiti davam edir”.
Xəbəri paylaş
5708 dəfə oxunub.
Digər xəbərlər

29-04-2017, 13:07
"Kimin artıq arvadı varsa, qardaşına versin" - Mingəçevir axundu - VİDEO
24-06-2015, 15:15
“Sony” və “Panasonic” televizor istehsalını davam etdirəcək
18-02-2019, 20:01
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
22-11-2018, 11:03
Bakıda avtobusda seksual manyakdan biabırçı hərəkət
8-10-2016, 00:58
DİQQƏT! - Evi cadudan təmizləməyin yolları
10-09-2016, 09:36
Lavrov jurnalistlərə araq payladı - Cenevrədə
14-01-2017, 19:28
Bu dəyişiklik qiyamçıların sonunu gətirəcək - Yıldırım
19-10-2016, 16:46
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
16-06-2016, 14:15
Sarkozi Peterburqda Ukraynanı vurdu
23-07-2021, 12:01
Azərbaycanda polis gözətçini öldürdü - YENİLƏNİB