Zamirə Hacıyeva üçün 1 milyon manat TƏKLİF EDİLDİ: Azərbaycana ekstradisiyası...
Tarix: 07-11-2018 | Saat: 12:30
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun üç uşaq anası olduğunu çatdırıb, bunu nəzərə alaraq qadının həbsini girov əvəzində ev dustaqlığı ilə əvəz etməyi xahiş edib.
Vəkilin vəsadətində göstərilirdi ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyun ayında baş tutacaq məhkəməyə qədər o ev dustağı kimi Londonda qalmalıdır.
Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı "dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, xanım Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri - Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib.
Barrister bununla razılaşmayıb: "Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.
Hakim Z.Hacıyevanın 500 min funt sterlinq (təxminən 1 milyon 185 min 500 manat) girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb. (virtualaz.org)
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

4-05-2023, 10:16
Öpüşənlərə XƏBƏRDARLIQ: Bu xəstəliyə yoluxa bilərsiniz
24-06-2022, 16:11
Xanım müştərini yolda düşürən sürücü - CƏZALANDI
5-08-2017, 11:26
Putinin HEYRƏTAMİZ VİDEOSU
19-11-2021, 12:02
Körpə ikən anasını itirən şəhid...
11-02-2016, 15:38
İtaliyan şirkət Neft Emalı Zavodunu yenidən quracaq
27-07-2015, 11:20
Əfqanıstandakı mərasim zamanı başlayana atışmanın səbəbləri bilinmir.
26-03-2017, 18:53
Azərbaycanda nağd maaş verilməsi qadağan edildi
12-03-2018, 14:59
Əl-ələ tutmaq ağrını azaldır
31-05-2015, 11:55
Yük maşını məktəblini öldürdü