Müşfiqin qalıqlarının genetik müayinələri Azərbaycanda aparılacaq - RƏSMİ
Tarix: 02-11-2018 | Saat: 14:58
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
5318 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-11-2018 | Saat: 14:58
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Şair Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələrinin hamısı Azərbaycanda həyata keçiriləcək.
Bunu trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu işlə məşğul olmağa başlayandan sonra müəyyən sənədləri və iş materiallarını toplayacaqlar:
”Bundan sonra qərar çıxarılacaq, suallar qoyulacaq və o qərar icra edilmək, eyni zamanda sümük qalıqları öyrənilmək üçün bizə veriləcək. Ola bilər ki, bizə verilən bir necə sümük, yaxud bütöv skelet, ya da bir necə şəxsə aid olan skelet qalıqları olsun. Mən bu barədə hələ heç nə deyə bilmirəm, çünki bizə hələ heç nə təqdim edilməyib”.
Ə.Həsənov qeyd edib ki, lazımi materiallar təqdim edildikdən sonra MTEPAB tərəfindən həmin qalıqların genetik müayinəsi aparılacaq:
"Daha sonra həmin müayinənin nəticələrinin müqayisə olunacağı şəxslər, yaxud meyit qalıqları bizə təqdim ediləcək. Həmin şəxs, yaxud şəxslər istintaq orqanları tərəfindən müəyyən ediləcək. Onlardan material, məsələn, yaşayan şəxsdirsə, qan götürüləcək və onun da genetikası öyrəniləcək, müayinələrin nəticələri tutuşdurulacaq”.
Ə.Həsənov əlavə edib ki, müayinələrin nəticələrinin açıqlanma vaxtını dəqiq demək mümkün deyil:
"Çünki hələ bilmirəm ki, bizə neçə skelet, sümük veriləcək, onların çürüməsi hansı vəziyyətdədir. Ancaq çalışacağıq ki, bu işləri maksimum dərəcədə tez yekunlaşdıraq”.
Xatırladaq ki, şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.
İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.
İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.
Xəbəri paylaş
Digər xəbərlər
1-06-2016, 22:23
SOCAR neft ixracını iki dəfə azaltdı
4-12-2016, 15:00
"Elə bir krem hazırladım ki... Onu çəkəndə üz 15 yaş cavanlaşır"
13-03-2017, 10:57
Səhər yuxudan gümrah oyanmağın 10 YOLU
13-05-2017, 21:31
2 uşaq atası özünü öldürdü — Xaçmazda
11-01-2023, 12:01
Himnə qarşı hörmətsizlik edən "TikTok"er Ləman ÜZR İSTƏDİ
12-05-2018, 10:56
“Nazirdən quzu iyi gələr...”
26-06-2022, 12:22
Həftədə 1 dəfə 24 saat... Sağlam və cavan olmaq istəyənlər oxusun!
12-10-2018, 13:11
Prezident tapşırıq verdi: Məmurların vətəndaş qəbulunda yenilik
30-04-2022, 10:16
ADNA-da törədilən terror aktından 13 il ötür