Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Tarix: 12-10-2018 | Saat: 09:56
Bölmə:M / Karusel / Foto-fakt / Təbriklər | çapa göndər
Xəbəri paylaş
7638 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-10-2018 | Saat: 09:56
Bölmə:M / Karusel / Foto-fakt / Təbriklər | çapa göndər
Oktyabrın 12-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür.
Xeberaz.Az xəbər verir ki, Sevil Əliyevanın 63 yaşı tamam olur.
Sevil Heydər qızı Əliyeva 1955-ci il oktyabrın 12-də Bakıda anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində ali təhsil alıb.
1977-1980-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb, namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Bir qızı, iki oğlu var.
Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur.
S.Əliyeva "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.
Sevil Əliyevanın oğlu Azər Əliyev hazırda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.
Xəbəri paylaş
Digər xəbərlər
11-12-2015, 16:17
Rusiya Toliki “həbs etdi”
4-10-2023, 19:56
Axtalanma, ömürlük həbs, yoxsa... - Bakıda 10 yaşlı qıza təcavüz etmək istəyənə hansı cəza veriləcək?
31-08-2022, 12:39
“QOCALAR EVI”NDƏ ÖLƏNLƏR YUYULMADAN BASDIRILIR – SAMIRƏ MEHDIYEVA MÜRDƏŞIRIN DƏ PULUNU YEYIR
29-03-2015, 15:11
ABŞ Azərbaycana 9 it hədiyyə etdi
15-02-2022, 11:58
"Sahil-S İnşaat" MTK indi də bu üsulu seçib - İDDİA
16-01-2018, 15:42
Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında – REYTİNQ
1-05-2022, 11:04
Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - VİDEO