Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Müəllimdən məktəb direktoruna şok ittihamlar – Video
Tarix: 5-10-2018, 21:09 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Təhsil / Aktual | çapa göndər

 
Cəlilabad rayonu, Günəşli kənd sakini Dadaşov Azad Adışirin oğlu təhsil naziri Ceyhun Bayramova şikayət məktubu yazdıb.
Bizimyol.info xəbər verir ki, gənc müəllim məktubunda işlədiyi Cəlilabad rayonu, Alar kənd 2 saylı tam orta məktəbində ona və digər müəllimlərə qarşı qanunsuzluğa yol verildiyini iddia edib.
A.Dadaşov bildirib ki, məktəbin direktor əvəzi Təranə Mustafayeva kimə və ya kimlərəsə güvənərək məktəbi özünün şəxsi biznesinə çevirib: “Buna bariz numunə olaraq saymaqla bitməyən özbaşınalıqlardan bir neçəsini diqqətinizə çatdırıram. Direktor məktəbin gənc müəllimi, Biologiya fənnini tədris edən Hicran Ağayevanın 2015-ci ilin oktyabr ayından 3 illik analıq məzuniyyətinə çıxmasına baxmayaraq onun dərs saatlarını bu il vakansiyaya çıxarıb. Nəticədə həmin yer yerdəyişmə zamanı başqa bir müəllim tərəfindən tutulub. Nəticədə Təranə Mustafayeva özbaşınalıq edərək vəzifəsindən sui-istifadə etdiyinə görə Ağayeva Hicran İbadət qızını işsiz qoyub.
Əlavə olaraq qeyd edim ki, Təhsil Nazirliyinin 03.12.2015 tarixində mənə ünvanlandığı məktuba əsasən bildirilir ki, məktəbin keçmiş direktoru hazırda tədris işləri direktor müavini olan 70 yaşlı Coğrafiya müəllimi Əliyev Həsənağa işində yol verdiyi nöqsanlara görə onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilib. Lakin bizim direktorumuz Həsənağa Əliyevlə işbirliyinə girərək onunla müqavilə bağlaması azmış kimi, hətta qanunları daha da ciddi şəkildə pozaraq Coğrafiya fənninə aid olan dərs saatlarını Təhsil Nazirliyindən gizlədərək vakant kimi göstərməyib, həmin dərs saatlarını H.Əliyev üçün saxlayıb. Əslində, vakant verilməli olan Coğrafiya saatları olduğu halda məktəbin iki Riyaziyyat-İnformatika və bir Riyaziyyat fənnindən Diaqnostik Qiymətləndirmədən (DQ) keçmiş Fizika müəllimi olmasına baxmayaraq 45 saat Riyaziyyat saatından 12 saatını vakansiyaya çıxarıb”.
Azad Dadaşov məktubunda ona verilən dərs saatlarının azlığından ciddi şəkildə şikayətlənib: “Xususi olaraq bildirməliyəm ki, məktəbdə iki Riyaziyyat-İnformatika müəllimi olduğumuz halda direktor orta hesabla 75 saat Riyaziyyat-İnformatika dərsindən mənə cəmi 20 saat Riyaziyyat dərs yükü ayırıb, İnformatika saatlarından isə İnformatikadan DQ-dən keçməməyimi əsas gətirərək mənə 1 saat belə olsun İnformatika saatı verməyəcəyini bildirir. Lakin 12 saatlıq Riyaziyyatdan verilən vakant yerə gələn müəllimə İnformatika saatı verilir. Bu da növbəti qanun pozuntusudur”.
A.Dadaşovun nazirə məktubunda bildirilir ki, rüşvət istədiyi yerdə səs yazısı yayılan, buna görə də məktəbin direktorluğundan azad edilən sabiq direktor Lətif Seyfullayevə məktəbdə yeni vəzifə verilib: “Lətif Seyfullayevi Təranə xanım özünə müddətli müqavilə ilə Təlim–tərbiyə işləri üzrə müavin təyin edib ki, bu da təhsil sisteminə böyük bir ləkədir. Axı kollektiv içində müəllimi rüşvət üstündə açıq-aşkar şəxsiyyətinə xələl gətirən sözlərlə təhqir edən bir şəxs şagirdlərə hansı təlim-tərbiyəni verə bilər? Qeyd edim ki, bu rüşvət olayı ilə bağlı Prokrorluq orqanları heç bir münasibət bildirməyib”.
Cəlilabad rayonu, Günəşli kənd sakini Dadaşov Azad Adışirin oğlunun müraciəti əsasında Təhsil Nazirliyinə göndərilən informasiya sorğusunda cavab verilib.
Cavabda bildirilib: “Alar kənd 2 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Dadaşov Azad Adışirin oğlunun müraciəti Cəlilabad rayon təhsil şöbəsi tərəfindən araşdırılıb. Məktubda sosial məzuniyyətdə olduğu qeyd olunan Ağayeva Hicran İbadət qızı hazırda həmin məktəbdə müəllim işləyir, 14 saat dərs yükü ilə təmin edilib. Məktəbin coğrafiya müəllimi Həsənağa Əliyev uzun müddət məktəbə rəhbərlik edib və kollektivdə xüsusi nüfuza malikdir. Diaqnostik qiymətləndirmədə 42 bal (ixtisas) topladığı nəzərə alınaraq onunla müddətli müqavilə bağlanılıb. Azad Dadaşov 2009-cu ildən həmin məktəbə riyaziyyat-informatika müəllimi təyin edilib . İnformatika fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etmədiyi üçün informatika fənnindən dərs saatı ona verilməyib. 2017-2018-ci tədris ilində riyaziyyat fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak edərək 42 bal (ixtisas üzrə 26 bal) toplayıb. 2018-2019-cu tədris ilində Alar kənd 2 nömrəli tam orta məktəbdə dərs bölgüsü müəllimlərin diaqnostik qiymətləndirmə nəticəsinə uyğun olaraq proporsional qaydada aparılıb və A.Dadaşova 18 saat dərs yükü düşdüyü halda ehtiyacı nəzərə alınaraq 25 saat riyaziyyat dərsi verilib. İnformatika dərsləri həmin fənn üzrə diaqnostik qiymətləndirmədən keçmiş riyaziyyat-informatika müəllimi Əliyeva Aysel Əlixan qızına (12 saat) və Əsgərova İlahə Möhübbət qızına verilib.
Məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Seyfullayev Lətif Məzahim oğlu 2013-cü ildən məktəbdə müddətsiz müqavilə ilə işləyir”.musavat.comшаблоны для dle 11.2

2978 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___