Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İRANDA DOLLARIN BİR GÜNDƏ XEYLİ UCUZLAŞMASI TƏŞVİŞƏ SƏBƏB OLUB
Tarix: 02-10-2018 | Saat: 21:08
Bölmə:M / Karusel / İqtisadiyyat / Dünya | çapa göndər

 

 İranda bir dolların 17 min tüməndən (170 min rial) 10 min tümənə düşməsi əhali arasında təşvişə səbəb olub.

Bunu Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İran üzrə nümayəndəsi Fatih Çayabatmaz bildirib.

Onun sözlərinə görə, oktyabrın 1-də İranın Mərkəzi Bankı 10 qrup xidmət sektoruna bundan sonra sərbəst bazarda bir dolların mübadiləsinin 17 min tümənə deyil, 8 min tümənə təmin ediləcəyini bildirib.

F.Çayabatmaz bildirib ki, bir gündə dolların belə kəskin ucuzlaşmasına səbəblərdən biri kimi rəsmi mətbuatın “dollar düşür” başlıqlı xəbərləri yayması da təsir göstərib.

Məlumata əsasən, 10 min tümənə kimi ucuzlaşan dollar günortadan sonra yenidən bahalaşaraq 15 min tümən (150 min rial) olub.

Qeyd edək ki, bu ilin martında dollar 4 500 tümənə dəyişdirilirdi.  



Xəbəri paylaş

9278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___