Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
ELMAR MƏMMƏDYAROV: "AZƏRBAYCAN AYRI-SEÇKİLİKDƏN AZAD BİR CƏMİYYƏT ÜÇÜN PARLAQ NÜMUNƏDİR"
Tarix: 28-09-2018, 23:38 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Azərbaycan həmişə öz adından mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi və inkişafına töhfə verməyə çalışıb. Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı deyib.

"Biz Müxtəlif dinlərin, millətlərin və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaq məqsədilə, bir çox tədbirlərə ev sahibliyi etdik. Mədəniyyət və din fərqlərinə əsaslanan ayrı-seçkilikdən azad bir cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun parlaq nümunəsidir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülən və onun rəhbərliyinin himayəsi altında həyata keçirilən Bakı prosesi müsəlman dünyası ilə Avropa arasında dialoqun, tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verib.

"Bu il həmin təşəbbüsün 10 illiyini qeyd edilir və bu münasibətlə bir sıra tədbirlər, o cümlədən 25-26 oktyabr tarixlərində Bakıda yüksək səviyyəli 6-cı Humanitar Forum keçiriləcək", - deyə E.Məmmədyarov qeyd edib.

шаблоны для dle 11.2

1708 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___