Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirin Mirzəyev küçəsində yolda piyada zolağı işləri aparılmayıb – Sakinlər problemin həll edilməsini tələb edirlər
Tarix: 24-09-2018 | Saat: 16:49
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Reportaj | çapa göndər

Şirin Mirzəyev küçəsində yolda piyada zolağı işləri aparılmayıb

Bakı şəhəri, Nizami rayon, Şirin Mirzəyev küçəsində piyadaların yolu keçməsində problem yaşanır.

Faktinfo.az saytı xəbər verir ki, Şirin Mirzəyev küçəsi 72-də “İnci” şadlıq sarayının yanı və həmin küçənin “Əmrahbank”la üz-bəüz hissəsində piyadaların yolu keçməsi üçün yolun işarələnməsi həyata keçirilməyib, bu səbəbdən də  avtonəqliyyat sahibləri piyadalara yol vermir.

Sayta ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, 3 ay əvvəl yeni salınan asfalt örtükdən sonra avtonəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların təhlükəsiz hərəkət etməsi məqsədilə yola piyada zolağının işlənilməsi həyata keçirilməyib. Yolun asfaltlanmasından isə artıq 4 aydan da artıq vaxt keçib . 

Sakinlər avtonəqliyyat vasitələrini idarə edənlərin sürət həddini  aşdıqlarından gileylənir,yola sürət həddini müəyyən edən işarənin qoyulmasını,həmçinin gecələr üçün Ş.Mirzəyev küçəsində  olan işıqlandırmanın da işlək vəziyyətə  salınmasını  istəyirlər. Şikayətçilər, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin rəhbərlərindən  qısa zamanda mövcud problemin aradan qaldırmalarını istəyirlər.




Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___